Tabloid.az
Röya Ayxan: “Mən hər gün sevmək istəyirəm” - FOTO
Tanınmış müğənni Röya Ayxan fevralın 13-də ATV telekanalında yayımlanan "Gündəlik" verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, müğənni ilk əvvəl fevralın 14-də bütün dünyada qeyd olunacaq sevgililər günü ilə bağlı münasibətini ortaya qoyub: "Mən hər gün sevmək istəyirəm".
Röya verilişdə çox qısa geyimi ilə diqqət çəkib. Aparıcı Mətanət
Əliverdiyeva da sənətçinin imicinə münasibətini açıqlayıb. O,
Röyanın bugünkü geyim tərzini çox bəyəndiyini deyib. Öz növbəsində
müğənni də geyimində sərbəst olduğunu təsdiqləyib: "Bəli, mən
geyimimdə sərbəstəm. Amma məni sevməyən adamlar özləriylə müqayisə
aparmasınlar. Biz fərqliyik... Mənə tez-tez deyirlər ki, sən
anasan, sənin oğlun var. Amma mən heç kəsin deyiləm, mən hamınınam.
Yeri gəlmişkən, sabah sevgililər günüdür. Mən hamını təbrik edirəm
və istəyirəm ki, hamı da məni təbrik etsin. Bilirəm ki, mən
hamınızın sevgilisiyəm və siz də mənim sevgilimsiniz".
Röya tamaşaçılarına arzularını da dilə gətirib: "Sevgililər gününüz
uğurlu keçsin. Çoxlu-çoxlu sevgiliniz olsun".
Röyanın sonuncu cümləsinə M.Əliverdiyeva özünəməxsus şəkildə
münasibət bildirib: "Sən neynirsən? Camaatı pozma".
Müğənninin bu replikaya reaksiyası gecikməyib: "Mən onları
pozmuram. Gözəl də örnəyəm".
Röya onun davranışını qınayanlara da mesaj ünvanlayıb: "Siz mənim işimlə bağlı səhnədə etdiklərimi ərlərinizin qarşısında edə bilməzsiniz".
Onu da qeyd edək ki, Röya yalnız kamera qarşısında sərbəst olduğunu
bildirib. Onun sözlərinə görə, səhnədən kənarda, məsələn, gözəllik
salonunda kimsə ona yaxınlaşanda özünü itirir, kompleksə
düşür.
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi






































