Tabloid.az
Oliqarx balaları və bahalı maşınları - FOTO
Rusiya oliqarxlarının övladları da valideynləri kimi
bahalı avtomobillərə üstünlük verir.
ANS PRESS-in məlumatına görə, onların sürdüyü avtomobillərin
dəyəri Moskvada evlərin qiymətlərindən qat-qat bahadır.
Rusiya mətbuatı oliqarx övladlarının hansı avtomobillərdə gəzdiyini
araşdırıb. Ortaya olduqca maraqlı görüntülər və faktlar çıxıb.
Yuri Kiselyov. Musiqi prodüseri Vladimir Kiselyovun 17 yaşlı oğlu
Yuri boş vaxtlarında Moskvanın ən bahalı əyləncə məkanlarında vaxt
keçirir. Praktiki olaraq hər gün Yurini Jukovkada "Marani" gürcü
restoranında görüşmək olar. O bura "Bentli-Kontinental"da gəlir.
Avtomobilin orta qiyməti 12 milyon rubl təşkil edir.
Cavan oğlanın ailəsinin qarajında həmçinin Sportkar Audi R-8 (9
milyon rubl) və Mercedes E200 (2 milyon rubl) durur.
Diana Çerviçenko, Moskvada məktəbli qız.
"Spartak" futbol klubunun sabiq sahibinin qızı Diana öz sevgilisi
müğənni Jasminin oğlu Mixaillə görüşlərə Maybach avtomobilində
gedir. Hələ 18 yaşı tamam olmayan Diananı hər yerdə şəxsi sürücü
müşayiət edir. Dünyada ən bahalı maşınlardan sayılan Maybach-ın
qiyməti 30 milyon rubla çatır.
Mixail Semenduev
Biznesmen Vyaçeslav Semenduevin və müğənni Jasminin 17 yaşlı oğlu
Mixail sevgilisi Dianadan daha kiçik təmtəraqla paytaxtda hərəkət
edir. Qəlyan həvəskarını dostları ilə şənliklərə qiyməti 10 milyon
rubl olan Mercedes Gelandewagen çatdırır.
Alesya Kafelnikova
Məşhur tennisçinin qızı Lesya Kafelnikovanı məktəbə və Parisdə dəb
nümayişlərinə təzə "Porshe Panamera" aparır. 16 yaşlı modeli indi 5
milyon rubla olan qara "Porsche Cayenne" daşıyır.
Semyon Fayfman
Birinci kanalının baş direktoru Aleksandr Fayfmanın oğlu Semyonu
məktəbə dəyəri 10 milyon rubl olan ağ "Mercedes Gelandewagen"
daşıyır.
Kristina Ozimkova
"Taşir" şirkətləri qrupunun şəriki Roman Ozimkovun qızı Kristina
klassik nəqliyyat vasitələrinə üstünlük verir. Kristina dəyəri 4
milyon rubl olan "Range Rover"də hərəkət edir.
Çiqirinskaya Mariya
Məşhur biznesmen Şalva Çiqirinskinin qardaş qızı Maşa özü
avtomobilini idarə edir, MDBMİ-in tələbəsi beş milyon rubl
dəyərində olan "Porsche Cayenne"də gəzir.
Anastasiya Kudryaşkina
Forbes-in daimi sakini İqor Kudryaşkinin 18 yaşlı qızı Nastya
"Lexus" (3 milyon rubl) maşınına üstünlük verir.
Diana Manasir
"Stroyqazkonsaltinq" şirkətinin sahibi Ziyad Manasirin 15 yaşlı
qızı Diana yaşına baxmayaraq artıq böyük statuslara iddia edir. Qız
geyimində də xüsusi markalara üstünlük verir. Onu gündəlik Aldo
Coppola salonuna saç yığmaya S-klass Mercedes aparır.
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı














.png)














.jpg)


