Tabloid.az
Gülnarə Xəlilova model kimi podiuma çıxdı
Bakıda modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın moda gecəsi keçirilib.
Publika.az-ın məlumatına görə, modelyerin ziyafət paltarları və milli geyimlərdən ibarət yeni rəngarəng kolleksiyası gecənin qonaqları tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Bayram tədbirləri və təntənəli məclislər üçün nəzərdə tutulmuş parlaq ziyafət paltarları moda gecəsinə xüsusi ovqat bəxş edib. Milli geyim kolleksiyası isə özündə yalnız qədim ənənələri deyil, eyni zamanda, müasir geyim elementlərini əks etdirib. Parlaq geyim elementləri və ornamentlərlə, hətta qədim cəngavərlərin döyüş geyiminin elementləri ilə bəzədilmiş ağ gəlinlik paltarı isə gecənin kulminasiya nöqtəsi olub.
Maraqlıdır ki, gecənin sonunda Gülnarə Xəlilova özü dizayn etdiyi milli geyimdə model kimi podiuma çıxıb. O, milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi ilə ölkədə milli geyim gününün təsis olunmasının vacibliyini söyləyib.
Cəvahir
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq






































