Tabloid.az
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı başa çatdı - FOTOLAR
Heydər Əliyev Sarayında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi keçirilib.
Publika.az-ın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərindən biridir: “Muğam bizim üçün tükənməz və bitməz böyük bir musiqi dünyasıdır. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut etdi”.
Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin böyük inkişaf yolunu
keçdiyini vurğulayaraq Prezident İlham Əliyev tərəfindən imzalanan
sənədlərin bu sahənin inkişafına böyük təkan verdiyini
bildirib.
Nazir musiqi bayramı barədə danışaraq festival çərçivəsində elmi simpoziumun, gənc ifaçıların beynəlxalq muğam müsabiqəsinin, paytaxt və bölgələrdə silsilə konsertlər təşkil edildiyini diqqətə çatdırıb. Sonra “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilmiş muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Solo muğam ifaçılığı üzrə müsabiqədə birinci yerə Aytən Məhərrəmova (Azərbaycan) və İsa Şoxri (İran), ikinci yerə İlhom İsmoilov (Özbəkistan) və Orxan Hüseynli (Azərbaycan), üçüncü yerə isə “Lamekan ansamblı” (Belçika/Türkiyə) və “Gerbi Diyar Küyşiliri” qrupu (Çin) layiq görülüb.
İnstrumental muğam ifaçılığı üzrə birinci yeri Azərbaycandan Aygül Həsənova (qanun), ikinci yeri İordaniyadan Tareq Cundi (ud) və həmyerlimiz Zərqələm Cəfərova (kamança), üçüncü yeri isə təmsilçimiz Tofiq Məmmədov (tar) tutub.
İrandan gələn xanəndə İbrahim Qulami, tacikistanlı Sitora Karamatullo və həmyerlimiz Xətai Hacıyev Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatına layiq görülüb.
Qaliblərə diplom və pul mükafatları təqdim olundu. Qaliblərə mükafatları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə və müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi təqdim edib.
Tədbirin sonunda qaliblərin iştirakı ilə qala-konsert keçirilib. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası da çıxış etdi. Gecədə həmçinin bəstəkar Ruslan Ağababayevin “Heydərbaba” kantatasının premyerası olub.
Cəvahir
-
Sağlamlıq06:46Qıtlıq olacaq: Hansı dərmanlar tapılmayacaq?
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi







.jpg)
























.jpg)



