İradə İbrahimova İstanbulda niyə azıb?
Bizi izləyin

Tabloid.az

İradə İbrahimova İstanbulda niyə azıb?

Ötən aylarda iki mahnısına klip çəkdirib, yayımına tələsməyən müğənni İradə İbrahimovadan xəbər var. İstanbulda yaşayan sənətçi Tabloid.az-a açıqlamasında bildirib ki, payız aylarında Bakıda hər iki klipi üçün təqdimat mərasimi keçirəcək.

Yaradıcılıq işlərinə gəldikdə isə İradə xanım üstünlüyü ailəsinə verdiyini etiraf etdi.

Söhbət əsnasında İradə xanımdan İstanbulu necə tanıya bildiyini öyrəndik. Artıq uzun zamandır həmin şəhərin sakininə çevrilən sənətçimiz çaşıb qaldığı anların az olmadığını dilə gətirdi.

“İstanbul ucsuz-bucaqsız şəhərdir. Hətta burada doğulub böyüyən şəxs belə şəhərdə naviqatorun köməyindən bəhrələnir. Mən gedəcəyim ünvanı öncədən təyin edib, yola düşürəm. Yola nabələd oldumsa, mütləq çaşıb qalacam. Şəhərə səfərlərimlə bağlı çoxlu macəralarım da var (gülür)... Bəzən gedəcəyim yerin istiqamətini səhv salıb, özümü körpünün üstündə tapmışam. Belə məqamda, insan bilmir əsəbiləşsin, yaxud gülsün? Amma öhdəsindən gəlməyə çalışıram. Yoldaşımla yola çıxan zaman rahatam. Bilirəm ki, şəhərdə azmaq təhlükəsi olmayacaq” – deyə müğənni sözünü təbəssümlə bitirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm