Tabloid.az
Qrip haqqında doğru bildiyimiz səhvlər - Fotolar
Hər il milyonlarla insan qripə yoluxur. Qrip soyuqdəymə nəticəsində yayılan virusdur. Sağlamlığımızda ciddi problemlərə yol açan bu xəstəlik haqqında təəssüflər olsun ki, çox şeyi səhv bilirik. Tabloid.az qrip haqqında maraqlı faktları təqdim edir:
Dünyada hər il yüz milyonlarla insan qrip olur, hətta bəziləri qripdən dünyasını dəyişir. Xəstəliklə birlikdə qrip dünya iqtisadiyyatına da böyük zərər verir.
Qripin əlamətləri (qızdırma, öskürək, boğaz ağrısı, əzələ və baş ağrısı, halsızlıq) taqətimizi kəsərkən, bəziləri 2 günə, bəziləri isə 2 həftə ərzində sağalır. Qripə yoluxanlarda susuzluq və bədəndə mikroblar yarana bilər. Qrip bədəni zəiflətdiyi üçün xəstəni ölümcül olan digər xəstəliklərə qarşı müdafiəsiz hala sala bilər.
Mövsümi qriplə əlaqədar yaranan ölümlərin çoxu adam qripə
tutulduqdan bir neçə həftə sonra baş verir. Bu kəslərdə bakterial
sətəlcəm kimi ikinci bir bakterial infeksiya inkişaf edər. Qrip
ürək çatışmazlığı, xroniki ağciyər xəstəliyi və sətəlcəm kimi
mövcud xəstəliyi daha da pisləşdirər. Astma xəstələri üçün qrip
ölümcül risk daşıyır. Soyuqdəymə isə daha yüngül keçir.
Dekabra qədər qripə yoluxmadınızsa, qripdən xilas oldunuz deməkdir!
Bu da səhv fikirdir. Qripin nə vaxt gəldiyini müəyyən etmək mümkün
deyil. Lakin araşdırmalara görə, qrip ən çox ferval ayında rast
gəlinir. Yanvar və mart ayında da qripə çox rast gəlinir.
Bəzi insanların illərdir ki, ürək bulantısından əziyyət
çəkdiklərini və qusmağın qarşısını ala bilmədiklərini eşitmişiniz.
Çünki bu insanların problemi mədə qripi deyilən mədə xəstəliyidir.
Qrip əsasən, uşaqlarda ürək bulanmasına səbəb olsa da, qripin əsas
əlamətləri deyil. Bunlar başqa səbəblərdən qaynaqlanır. Mədə
qripinə viruslar, bakterial infeksiyalar və hətta parazitlər səbəb
ola bilər.
Uşaqlara vurulan qrip əleyhinə peyvənd otizmə səbəb ola bilməz.
Əvvəllər peyvəndlərlə otizm arasında əlaqə olduğu deyilirdi.
Sonradan aparılan araşdırmalar isə bunun səhv fikir olduğunu
təsdiqləyir.
Antibiotiklər qriplə mübarizə aparmağa kömək edir. Qripinin
müalicəsində antibiotiklərin rolu yoxdur. Utah Universitetinin
həkimləri müəyyən edib ki, antibiotiklər ancaq bakteriyalara təsir
etdiyini, viruslara heç bir təsiri olmadığını söyləyib. Bir xəstəyə
saxta dərman və ya antibiotik versəniz, ikisinin də eyni dərəcədə
sağaldığını müşahidə edərsiniz.
Antibiotiklərdən həddən artıq istifadə nəticəsində boğaz və
burundakı bakteriyalar dərmana qarşı müqavimət göstərə bilmir.
Beləcə antibiotiklər öz təsirini itirir.
Qrip peyvəndinin heç bir təsiri olmur: Qrip peyvəndləri heç də
həmişə kömək etmir. Araşdırmalarda məlum olub ki, peyvənd
xəstəliyin qarşısını ancaq 60 faiz ala bilir. Bu yaşa və sağlamlıq
vəziyyətinə görə dəyişir.
Qrip əleyhinə vurulan peyvəndlər qrip edə bilər: İnsanların çoxu
xəstəlikdən deyil, qrip əleyhinə vurulan peyvənddən qorxur. Vurulan
peyvənd aktiv deyil. Uşaqlara vurulan burun spreyi zəiflədilmiş
canlı virus ehtiva edir. Lakin bu peyvəndin içindəki mikrob soyuğa
uyumludur.
Qrip peyvəndlərinin bəzən mənfi təsirləri ola bilər: iynə yerində
qızartı, şiş, başağrısı və yüngül qızdırma bunlardandır. Odur ki,
həkim məsləhəti olmadan peyvənd vurdurmaq olmaz!
Mövsüm girəndə qrip peyvəndi vurdursanız, qrip olmazsınız: Bəzi
sağlamlıq mütəxəsissləri mövsüm girəndə qripə qarşı peyvənd
vurdurmağı tövsiyə edir. Lakin peyvəndin təsiri hamıda uzun müddət
qala bilməz.
Keçən il qripə qarşı peyvənd vurdurmuşam, bu il ehtiyac yoxdur: Bu
fikir də səhvdir. Qrip peyvəndi sizi sonsuza qədər qoruya bilməz.
Aparılan araşdırmalarda məlum olub ki, vücudun immunitet sistemi
zamanla zəifləyir.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO