Tabloid.az
Soyuq havalarda gözəl görünməyin ipucları
Bütün qadınlar üçün gözəl görünmək olduqca əhəmiyyətlidir. Tabloid.az xanımlara soyuq havalarda gözəl görünmək üçün bir neçə təklif təqdim edir:
Qışın girməsinə hələ bir neçə həftə qalsa da, soyuq havalar öz sözünü deyir. Buna görə də ilk olaraq bədəni qış aylarına hazırlamaq lazımdır.
Qışa hazırlıq üçün gözəllik tövsiyələri
Dərini mənfi hava şərtlərindən qoruyun!
Payızdan qışa keçid dövründə orqanizmin hər bölgəsi üçün xüsusi baxım etmək dəri üçün olduqca əhəmiyyətlidir.
Əl və ayaqlarınıza nəmləndirici krem çəkin. Soyuq hava dərini daha da qurutduğu üçün dəri tipinə uyğun maskalar çəkin. Dəri tipinə uyğun gündüz və gecə kremlərini istifadə etməyi qətiyyən unutmayın.
Artıq çəkidən xilas olun
Qış geyimləri qalın olduğu üçün bizi olduğumuzdan daha kök göstərir. Olduğunuzdan daha kök görünmək istəmirsinizsə, pəhrizə başlamaqda fayda var. İdman edin, gəzin, sağlam qidalanın və qışda daha incə olun!
Stressdən uzaq durun
Stress başdan-ayağa qədər bədənə mənfi enerji göndərərək dəri hüceyrələrinə zərər verir. Ağacı qurd, insanı isə dərd yeyir. Sızanaq, saç tökülməsi, üzdə görünən fəsadlar stress hesabına yaranır. Bu səbəblə stress verən məkanlardan və insanlardan uzaq gəzin.
Tüklərdən epilyasiya ilə xilas olun
Qışda qalın geyindiyimiz üçün bədəndəki tüklərin görünmədiyini düşünə bilərsiniz. Lakin bu özünüzə laqeyd yanaşmanın sübutudur. Hər şeydən əvvəl özünüzə hörmətinizdən dolayı baxımlı olun. Lazer epilyasiyası qış mövsümü tüklərdən xilas olmaq üçün ideal üsuldur.
Saçlarınıza əhəmiyyət verin
Qadınların ən vacib aksessuarlarından biri də şübhəsiz ki, saçlardır. Hansı qadın möhtəşəm saçları ilə kişiləri ovsunlamaq istəməz ki?!
Yayda qurumuş və korlanmış saçlara qışa girmədən təbii maskalar çəkin, beləliklə də qışa hazır girmiş olacaqsınız.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı