Avropa
Avropanın 20 ölkəsindən Əfqanıstanla bağlı GÖZLƏNİLMƏZ TƏLƏB
Avropanın 20 dövləti Avropa İttifaqının (Aİ) Miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunnerə müraciət edərək Komissiyadan ölkədə qalmaq hüququ olmayan əfqan vətəndaşlarının geri qaytarılması üçün daha geniş imkanların yaradılmasını tələb edib.
Publika.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, sənədi imzalayanlar arasında Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt də var.
Məktubda bildirilib ki, ötən il Avropa İttifaqında 22 min 870 əfqan vətəndaşı barəsində deportasiya qərarı qəbul edilsə də, onlardan cəmi 435-i Əfqanıstana geri qaytarılıb. Dövlətlər bu vəziyyətin qənaətbəxş olmadığını vurğulayaraq, Əfqanıstana könüllü və məcburi qayıdış məsələsinin Aİ səviyyəsində ümumi məsuliyyət kimi qəbul olunmasını zəruri hesab ediblər.
Müraciətdə, həmçinin Əfqanıstana deportasiya imkanlarının artırılması məsələsinin nəzərdən keçirilməsi təklif olunub. Xüsusilə ictimai asayişə və milli təhlükəsizliyə təhlükə yaradan şəxslərin geri qaytarılmasına üstünlük verilməsinin vacibliyi vurğulanıb.
Belçikanın təşəbbüsü ilə hazırlanmış məktuba Almaniya ilə yanaşı, Niderland, Bolqarıstan, Estoniya, Finlandiya, Yunanıstan, İrlandiya, İtaliya, Litva, Lüksemburq, Malta, Avstriya, Polşa, Slovakiya, İsveç, Çexiya, Macarıstan və Kipr də imza atıb. Norveç də sənədi dəstəkləyən ölkələr arasında yer alır.
Qeyd edək ki, Almaniya hökuməti hazırda Əfqanıstana deportasiyalarla bağlı Taliban nümayəndələri ilə danışıqlar aparır. Talibanın hakimiyyətə gəlməsindən sonra Qətərin vasitəçiliyi ilə Almaniyadan Əfqanıstana iki deportasiya həyata keçirilib.
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO



























.jpg)











