Tabloid.az
Dərini ölü hüceyrələrdən təmizləyən ən yaxşı skrablar - Fotolar
Üz, əl və bədən dərisini ölü dərilərdən təmizləmək dəri sağlamlığı üçün çox vacibdir. Əgər, dərinizə uyğun skrablardan vaxtaşırı istifadə etsəniz, daha parlaq, təravətli və gənc bir dəriyə sahib olacaqsınız.
Körpə dərisi kimi yumşaq və gözəl bir dəriyə qovuşmaq elə də çətin deyil. Sadəcə, yaxşı bir skrab seçməli və həftədə 2-3 dəfə tətbiq etməlisiniz.
Bəzi skrablar universaldır, yəni həm əl və üz üçün, həm də bədən üçün nəzərdə tutulub. Ancaq bəzilərini təkcə üz dərisinə tətbiq etmək oalr.
Tabloid.az “Elle.ru”ya istinadən qadınlar tərəfindən ən çox bəyənilən və satış rekordları qıran skarbları təqdim edir:
Clarins

İltihaba, sızanağa meyilli dərilərdə skrabdan istifadə etmək məsləhət görülmür. Çünki skrabların tərkibində olan kiçik dənəvərlər sızanaqların üzün digər bölgələrinə də yayılmasına səbəb ola bilər. Ancaq “Clarins”in bu məhsulu sızanaqlı dəriyə sahib olanlar üçün də uyğundur. Boz rəngli, gili xatırladan teksturaya sahib olan bu skrab dəriyə zərər vermədən, zərif şəkildə təmizləyir. Bu skrab dərini ölü hüceyrələrdən təmizləməklə yanaşı, məsamələri daraldır və yumuşaqlıq bəxş edir.
Avene

Bu firmanın məhsullarında müalicəvi bulaq suyu olur. Buna görə də brendin skrabı üzü təmizləməklə yanaşı, təravət verməyi, parlaqlıq bəxş etməyi də vəd edir. Jojoba yağının qoxusunu sevirsinizsə, bu məhsulu sınaqdan keçirə bilərsiniz. Sözügedən skrabdan dərisi həssas olanlar da qorxmadan istifadə edə bilərlər.
Caudalie

Üzüm və nanə ilə zənginləşdirilmiş tərkibi sayəsində üz dərisini ölü hüceyrələrdən təmizləyir və gözəllik bəxş edir. Qreypfurt, nanə və şirin portağal qoxusu isə bu skrabın sevilməsinin əsas səbəblərindəndir. Bütün dəri tiplərinə uyğundur.
Garnier

Gül və badam yağı ilə zənginləşdirilmiş bu məhsul bədən üçün nəzərdə tutulub. Nəmli bədənə çəkib biraz masaj etdikdən sonra ilıq su ilə yaxalanmaq lazımdır. Quru dəridən şikayət edənlər bu məhsulu çox bəyənirlər. Çünki dərini nəmləndirir və quruluq hissini aradan qaldırır.
Geomar

Bu da bədən skrabıdır. Dərini yumşaq şəkildə təmizləyir. Dəniz duzu və üzüm tumu ilə zənginləşdirilib. 100% təbii tərkibli olduğundan həssas dəriyə sahib olanlar üçün də uyğundur.
Lundenilona

Baxımlı xanımların ayaq və əllərinin həmişə səliqəli olduğunu deməyə ehtiyac yoxdur. Quru, çatlamış əl və ayaqlar gözəlliyinizə kölgə sala bilər. Odur ki, əllər və ayaqlar üçün də skrabdan istifadə etmək lazımdır. Tərkibində zeytun, şi və jojoba toxumunun yağı olan bu skarab gözəl və körpə dərisi kimi yumşaq əl və ayaqlara qovuşacağınızı vəd edir.
Orly

Bu skarb isə əlləri ölü hüceyrələrdən təmizləməklə yanaşı dərini yaşlanmaqdan da qoruyur. Tərkibində yaşlılığın qarşısını alan xüsusi maddələr olan məhsul əlləri ətraf mühit və soyuq, sərt havanın mənfi təsirlərindən qoruyur. Skrabın 4 növü mövcuddur. Tərkibinə və qoxusuna baxıb özünüzə uyğun olanını seçə bilərsiniz.
Tabloid.az
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Magazin114:56Nazilə Səfərli tıxacda dava etdi: Özünü kimə göstərirsən? - VİDEO
-
Sağlamlıq14:12Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
-
Sosial13:30Əli Əsədov qərar imzaladı
-
Yaxın Şərq13:00Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq
-
Nida Xəbər 12:31Ermənistanın 20 vətəndaşı Azərbaycana gəldi: Bakıda nə planlaşdırılır?
-
ABŞ11:36Netanyahu bu planı Obamaya da təqdim edibmiş, amma... - Con Kerri sirri açdı
-
Elm və təhsil11:27Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı





































