Tabloid.az
“Kənan MM məni nəinki bozbaşa, hətta dolma filminə də çağırsaydı, çəkiləcəkdim”
İlkin Həsənli: "Kənan bizə yalvardı ki, vəziyyətim pisdir, kreditim var, yazığımız gəldi, razılaşdıq"
“Bozbaş pictures” komandası media mənsublarını başına toplayıb, “Ay brilliant” filminin çəkilişləri ilə bağlı mətbuat konfransı keçirib.
Filmin çəkilişləri Bakıda və Gürcüstanda aparılıb. İlkin Həsəni iddia edir ki, film maraqlı ssenari əsasında çəkilib:
"Filmin əsas süjet xətti Kənan M.M-ə məxsusdur. Çünki bu filmin ideyasını o bizə təklif etmişdi. Ssenarinin yazılması üçün Samit Ağayev və Ənvər Abbasova müraciət etdik. Beləliklə, üç nəfərin birgə işi nəticəsində “Ay brilliant” filmini çəkdik”.
Onun sözlərinə görə, filmin çəkilişləri prosesində texniki problemlərlə üzləşiblər: “Biz istəyirdik ki, filmi dekabrda tamaşaçılara təqdim edək. Amma dekabrda bizim dostlarımızın filmləri - “My name is İntiqam” və “Xoxan” ekranlara çıxdığına görə “Ay brilliant”ın təqdimatını mart ayına saxladıq”.
Kənan M.M filmlə bağlı təəssüratlarını paylaşıb və zarafatından da qalmayıb: “Bizdən öncə “Xoxan” və “My name is İntiqam” filmləri yayımlandı. Deməli hələ film rəhmətə getməyib. Çalışmışam ki, həyatda və sənətdə seçim edərkən yanılmayım. Çəkiliş vaxtı uşaqların qəlbini qırmışamsa…Amma gərək elə edəydilər ki, qəlblərini də qırmayaydım”.
Filmdə tanınmış aktyor Şamil Süleymanlı də rol alıb. Aktyor filmə Kənan M.M-in dəvəti ilə çəkilib: “Kənan mənim ən çox sevdiyim rejissordur. O, məni nəinki bozbaşa, hətta dolma filminə də çağırsaydı, gedib çəkiləcəkdim. O mənim bacıoğlumdur və mənə dilənçi rolu da versə, oynayacağam. Çünki onun istedadına inanıram”.
Filmdə dram, sevgi motivləri, atışma var. Filmdə maraqlı məqamlardan danışan İlkin zarafatından da qalmayıb: “Filmin ən maraqlı məqamı Kənanın şpaqat açması oldu. Daha sonra şeirlər söylədi. Onu da deyim ki, bu ideya Kənandan gəldi. Qayıtdı ki, bir film çəkmək istəyirəm, o bizə yalvardı ki, vəziyyətim pisdir, kreditim var, bizim də ona yazığımız gəldi, razılaşdıq”.
İlkin Həsəni növbəti filmlərin də çəkiləcəyini bildirib: “Sevinirik ki, tamaşaçılar artıq kinoteatrlara gedir və yerli filmlərimizə maraq böyükdür. Biz dostlarımızın da uğuruna sevinirik. “Xoxan” və “My name is İntiqam” filmləri də uğur qazandı. Bu bizim ilk işimizdir, sağ olsun sponsorlarımız bizə kömək etdilər”.
Filmin büdcəsinə gəlincə, İlkin Həsəni təxminən 150 min manat vəsait sərf olunduğunu bildirib.
Fotoqraf Elçin Murad
teleqraf.com
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan