46 yaşlı cazibədar aktrisanın stili - Fotolar
Bizi izləyin

Tabloid.az

46 yaşlı cazibədar aktrisanın stili - Fotolar

46 yaşlı cazibədar aktrisanın stili - Fotolar

Gözəl və cazibəli görünmək hər bir qadının arzusudur. Lakin tanrının zərif məxluqlara bəxş etdiyi məlahəti, təravəti qorumaq, bir az da qadının özündən asılıdır. Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadın var. Baxımlı qadınlar cəmiyyət tərəfindən də daha hörmətlə qarşılanır, onlarda özünəinam və əminlik daha yüksək olur. Bu isə qadınları mənən daha güclü və cəsarətli edir. Belə qadınları kişilər daha çox sevir. Qadın gözəlliyini bərpa etmək, qorumaq və ömrünü uzatmaq üçün müasir kosmetologiya, plastik cərrahiyyə daha nələrə əl atmır. Lakin etiraf edək ki, təbii vasitələrdən istifadə edərək gözəlliyini və təravətini təmin edən qadınlar daha çoxdur. Məşhur qadınlar da təbii maskalar edir və gözəlliyinin qeydinə qalır. Çoxları müasir kosmetologiyanın ən son nailiyyətlərindən istifadə etmək imkanına malik olsa belə, təbii vasitələrdən də bəhrələnirlər.

Sadə geyim tərzinə və təbiiliyə üstünlük verən cazibədar aktrisa Cenifer Eniston da istisna deyil. Tabloid.az bu gün 46 yaşı tamam olan Cenifer Enistonun ən yaxşı obrazlarını toplayıb. Ənənəyə sadiq qalaraq əvvəlcə, Cenin üslubunu müzakirə etməyi təklif edirik.

Eniston geyimdə və makiyajda minimalizm qaydalarından kənara çıxmır. Minimalizm üslubuna ancaq özünə inamlı və casərətli xanımlar itaət edir. Cenifer Eniston bu tərzi sayəsində milyonlarla insanların qəlbini fəth edə bilib. Buna görə də onun geyim tərzinə heç kim darıxdırıcı və zövqsüz deyə bilməz. Minimalizm üslubu Enistonun təbii gözəlliyini uğurla vurğulayır. Lakin qırmızı xalı üzərində dərin dekolte və cəsarət tələb edən mini ətəklərdə görünməkdən utanmır. Aksessuarlarda isə həddini aşmır. Sadə donları belə, bəzək əşyaları ilə "ağırlaşdırmağın” tərafdarı deyil.

Cəsarətli geyimləri düzgün “tarazlaşdıra” bilmək qabiliyyəti və zərifliyi sayəsində Eniston illərdir təntənəli mərasimlərin sevilən ulduzu olaraq qalır. Buna sübut kimi aşağıdakı fotoları göstərə bilərik.

Bir də ki – aktrisanın əla formada qalması ona istənilən geyimi üzərində nümayiş etdirməyə imkan verir. Bir çox gənc həmkarlarının ona paxıllıq etməsi də istisna deyil.

Gözəllik sirləri

Cenifer Eniston 46 yaşı olmasına baxmayaraq, öz cazibədarlığını və gəncliyini qoruyub saxlaya bilib. Yəqin ki, Cenifer Enostonun istifadə etdiyi sadə gözəllik reseptlərini bilmək sizin üçün də maraqlı olar:

Cenifer Eniston burnunun forması tamamilə dəyişib. Bundan sonra isə ona bədən quruluşunu qorumaq qalırdı. Bu sahədə diyetoloq və stilistlərin ona çox köməyi olub. Nəticədə, aktrisa 46 yaşında çox valehedici görünür. Amma dodaqlarının nazik olması onu çox narahat edir. Aktrisanın daim gözəl görünmək istəyən xanımlara bir məsləhəti də var. Ceniferin sözlərinə görə, tez-tez istifadə etdiyimiz məhsulları dəyişmək dəriyə mənfi təsir edə bilər.

Cenifer Eniston vazelinin pərəstişkarıdır. Eniston onu kirpiklərinə çəkir. "Vazelin kirpiklərimi daha möhkəm və gözəl edib" - deyə, aktrisa bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm