Tabloid.az
Kosmetik məhsullar qadınlarda erkən klimaksa səbəb olur
Kosmetik məhsulların qadın sağlamlığı üçün zərərli olduğu hamıya məlumdur. Gözəlləşmək üçün qadınların demək olar ki, hər gün istifadə etdikləri bu məhsulların daha bir təhlükəli cəhəti ortaya çıxıb.
Tabloid.az “Daily Mail”ə istinadən xəbər verir ki, kosmetik məhsulların tərkibində olan bəzi maddələr qadınlarda erkən klimaksa səbəb olur.
Araşdırmalar göstərib ki, rezin qablarda olan ağır kimyəvi maddələr kremlərə və digər məhsullara qarışır, həmin məhsuldan istifadə edən qadının bədənində anormal proseslər gedir.
Rezini yumşaltmaq üçün istifadə edilən “ftalat” adlı maddə isə insan orqanizmi üçün olduqca zərərlidir.
Araşdırmada 31.575 qadın iştirak edib və onların üzərində kosmetik məhsulların tərkibində olan 111 müxtəlif kimyəvi maddənin təsirləri test edilib.
Bu kimyəvi maddələrdən on beşinin qadınlarda endokrin hormonun səviyyəsinə təsir etdiyi və klimaks prosesinin 2-4 il daha tez başlamasına səbəb olduğu ortaya çıxıb.
Qeyd edək ki, həmin kimyəvi maddələr ürək xəstəlikləri və sümük əriməsinin də əsas səbəbkarı ola bilər. Tədqiqatlar davam etdirilir.
Tabloid.az
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır





































