Tabloid.az
Səməni necə hazırlanır?
Səməni bolluq rəmzi hesab edilir. Baharın müjdəçilərindən biri olan səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir.
“Səməni, saxla məni ildə cücərdərəm” deyən, ulularımız, ta qədim zamanlardan onu təbiətin yenidən canlanması kimi qiymətləndiriblər.
Səmənini Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerə qoymaq lazımdır. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır.
Son dövrlərdə satış üçün də səmənilərin hazırlanması hər bir evdə bu bolluq rəmzinin olmasına imkan yaradır.
Ancaq tabloid.az səmənini öz evində hazırlamaq istəyənləri nəzərə alaraq onun hazırlanma qaydasını təqdim edir:
Səməni toxumluq buğdadan qoyulmalıdır. 0,5 kq buğdanı (qabın ölçüsündən asılı olaraq miqdar dəyişir) bir qaba tökdükdən sonra hər gün onun üzərinə bir qədər su əlavə edilir və günəş şüaları düşən yerdə saxlanılır. 3 gün suda saxlanılan buğda cücərdikdən sonra geniş qaba tökülür və üzərinə yaş parça və ya tənzif salınır. Cücərtilər böyüdükdən sonra tənzif götürülür və səməni hər gün sulanır. Təxminən 1-2 həftəyə səməni hazır olur.
Qeyd edək ki, sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar.
Tabloid.az
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu



































