Video
Rusiyada təyyarənin qəza enişi: yaralananların sayı 75 nəfərə çatdı - YENİLƏNDİ
Rusiyada “Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcil eniş etməsi zamanı xəsarət alanların sayı 75 nəfərə çatıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, onlardan 19-u uşaqlardır. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.
“Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib. Hadisə zamanı təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.
***
15:47
Rusiyanın Ural Hava Yolları (Ural Airlines) şirkətinə məxsus Eyrbus-321 (Airbus-321) təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib.
Axar.az xəbər verir ki, təyyarənin mühərrikinə quş girdiyi üçün enmək məcburiyyəti yaranıb.
Hadisə nəticəsində 23 nəfər yaralanıb. Yaralılardan 9-u uşaqdır. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hava limanından kənar boş bir əraziyə endikdən sonra təyyarənin mühərriki yerindən qopub.
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO






.jpg)






























