Yazarlar
Ernest Heminqueyin daha bir əsəri ana dilimizdə nəşr olundu
“QANUN” nəşriyyatı "Klassiklər" seriyasından məşhur amerikalı yazıçı Ernest Heminqueyin "Ya var, ya yox" əsərini nəşr edib. Min tirajla buraxılan kitab dilimizə orijinaldan tərcümə edilib.
Romanın baş qəhrəmanı – floridalı balıqçı (Heminqueyin şah əsəri “Qoca və dəniz”dəki qoca Santyaqonun cavanlığını xatırladan) Harri Morqan ailəsini dolandırmaq üçün qazanc məqsədilə ağlasığmaz risklərə getmək məcburiyyətində qalır. Sonuncu risk ona baha başa gəlir – bankı qarət edən Kuba inqilabçılarının niyyətini anlayan Harri onları öldürməli olur. Dörd qarətçini təkbaşına məhv edən Harri bu vaxt ölümcül yaralanır; sahil mühafizəsinin qayığı onu xəstəxanaya çatdırsa da, Harrinin həyatını xilas etmək mümkün olmur.
Roman Hollivudda üç dəfə ekranlaşdırılıb (1944, 1950 və 1958-ci
illərdə). Bunlardan ən maraqlısı Uilyam Folknerin ssenarisi
əsasında çəkilən birinci ekran əsəridir. Folkner romanın süjet
xəttində xeyli dəyişiklik və əlavələr etsə də, tamaşaçılar və kino
tənqidçiləri məhz onun ssenarisi əsasında çəkilən filmi daha yüksək
qiymətləndirirlər.
XX əsr dünya ədəbiyyatında xüsusi yeri olan məşhur Amerika
yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin (1899-1961)
“Ya var, ya yox” romanı yazıçının yaradıcılığında mühüm yer tutan
dəyərli əsərlərdəndir.
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













