Falçının dedikləri düz çıxdı, milyoner oldu: indi varis axtarır - FOTOLAR
Bizi izləyin

Brendlərin tarixi

Falçının dedikləri düz çıxdı, milyoner oldu: indi varis axtarır - FOTOLAR

O, moda dünyasının inqilabçılarından sayılır. Adi şərabçının oğlu bu gün 160 milyon insanı geyindirəcək qədər yüksəklikdədir. Bir zamanlar falçının ona vəd etidiyi xoşbəxt gələcəyi əldə etsə də digər məşhur stilistlər kimi varisi yoxdur. Özündən sonra imperiyasını kimə buraxacağı hələki bəlli deyil. Söhbət Kristian Diorun tələbəsi məşhur Pierre Kardindən gedir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində P.Kardinin uğura gedən yolunu təqdim edir.

Pierreni qızların gəlincikləri cəlb edir

Pierre Kardin 2 İyul 1922-ci ildə İtaliyada anadan olub. O, altı uşaqlı ailənin son beşiyi idi. Bir müddət İtaliyada yaşasalar da, 2 yaşında Fransaya köç ediblər. Yeri gəlmişkən, Kardinin atası muzdlu hərbiçi olub. Yalnız qocaldıqda şərabçılıqla məşğul olmağa başlayıb. O, oğlunun da ailə işini davam etdirməsini istəyib. Lakin Pierrenin bu yöndə şəxsi planları olub. Belə ki, uşaq yaşlarından geyim və arxitekturaya maraq göstərib. Oğlanlardansa qızlarla dostluğa üstünlük verib. Əslində Pierreni onların gəlincikləri cəlb edirmiş. Gələcəyin stilisti gəlinciklərə cürbə-cür parçalardan paltarlar tikirmiş.

Falçı falıma bir də bax!

Pierre hələ uşaqlığından anlayırdı ki, onunla bağlı qeyri-adi nəsə baş verməlidir. Falçı da ona xoşbəxt gələcəyindən xəbər verincə bunu beyninə həkk edir. Nə qədər özünü illüziyalarla təsəlli etməsə də. Nəhayət, 1936-cı ildə, 14 yaşında bir məşhur dərzinin yanında tikiş öyrənməyə başlayır. 1945-ci ildə Parisə gəlir. La Paix-dəki moda evində işləməyə başlayır.1946-cı ildə prespektivli gənc modelyer o zamanlar ulduzu bərq vuran məşhur Kristian Diorla tanış olur. Dior ona iş təklif edir. Bununla da Pierrenin karyerasının yüksəliş dövrü başlayır.

“Cristian Dior” modellərini bəyənmir

Pierre pulsuz, adsız və əlaqələrsiz Parisdə bir şeyə nail ola bilməyəcəyini çox yaxşı bilən tiplərdən idi. Məhz iti ağılı sayəsində vəziyyətdən çıxış yolu tapır. Məşhur şair Jana Koktonu satın alaraq şəhərin elitasına daxil olur. Məqsədi isə parlaq ad qazanmaq idi. Cəmi bir il keçir Kardin Kristian Diorun studiyasında aparıcı dizaynerlərdən birinə çevrilir. Diorun hətta ona “mənim balaca Pierrem” dediyi yazılır. Düzdür, bir neçə il sonra Pierre Diorun modelləri ilə məzələnməyə başlayır: “Bu gün Dior tamaşadır. O, şlyapalar və ayaqqabılarla hara getmək olar? Diorun paltarı ilə restoranda otursanız sizə 3 stol gərəkəcək. Müasir qadınlar işə gedir, maşın sürürlər. Maşınların ölçüsü azalır, amma Diorun paltarlarınınkı genişlənir”.

Şəxsi moda evi

Parisə gəlməsindən cəmi 5 il sonra Kardin öz moda evini yaradır. Həmin gün K.Dior ona 170 ədəd qızılgül göndərir. Moda evinin təqdim etdiyi geyimlərə gəlincə, alıcılara gündəlik tələbata uyğun, mücərrəd geyimlər təqdim olunurdu. K.Diorun modelləri ilə müqayisədə kifayət qədər avanqard stilə üstünlük verən Pierre az müddətdə diqqət çəkə bilir. Dünya məşhurları - Yeva Peron, Sofi Loren, Marlen Ditrix və digərləri onun müştərisinə çevrilir. Beləcə uğurun sonrakı mərhələsi gəlir.

Pierre 1953-cü ildə “Maison Da Couture”u açır.1954-cü ildə ilk qadın kolleksiyası mağazası olan "Yeva"nı ( "Həvva"), 1957-ci ildə də isə ilk kişi mağazası "ADAM" yəni "Adəm"in açlışını edir. 1959-cu ildə Yaponiyaya səyahətinin ardından ilk hazır geyim kolleksiyasını bazara çıxarır. Bu kişi geyimləri kolleksiyası olur. Düzü Pierre bununla da moda da çevrilişə imza atır. Çünki ona qədər hər kəs qadın kolleksiyası istehsal edirdi. 1963-cü ildə dar, bədəni qucaqlayan rəngli corabları dünyaya yayır. 1966-cı ildə isə ilk uşaq kolleksiyasını təqdim edir. Təkcə Avropada deyil, ABŞ-da da ən çox satılan markalardan birinin sahibinə çevrilməyi bacarır. 1971-ci ildə Parisdə "Espace Cardin" mağazasını açır.

“İpək baronu” bütün dünyanı geyindirir

Müasirlərinin dediyinə görə, “İpək baronu”nun (onu belə çağırırlar) başı kompyuter kimi işləyir. İstedadı sayəsində işinin nətcələri onu çox gözlətmir. 50-ci ilin sonlarında Pierre moda dünyasında əsl inqilab edən şəxs olur. O, univermaqda göstəri təşkil edir. Nəticədə Parisin moda bazarına nəzarət edən həmkarlar ittifaqı buna görə onu cəzalandırır. Lakin Pierre də borclu qalmır. Özü həmkarlar ittifaqının rəhbəri olur. Vəhşi kimi işləyərək bir çevrilişi digərinin ardınca edir. Onun avanqard tərzi sensasiya yaradır. Dizayn etdiyi pencəkləri “Bitlz” kimi məşhur qruplar da geyinir. Pierre lisenziya üçün müraciət edən ilk modelyer olur. Yaponiyada, Çində, Sovetlər Birliyində özünün geyim istehsalını yaradır. Kardin sözün həqiqi mənasında az müddət ərzində bütün dünyanı geyindirir. O, heç bir stilistin cəsarət edə bilmədiyi mövzulara girməkdən çəkinmir. Uniseks anlayışını modaya gətirir.

Uniseks anlayışını modaya gətirir

Həndəsi Xəttlər və Plastik Həcmlərdən istifadə edərək moda dünyasının söz xəzinəsini inkişaf etdirən stilist 1981-ci İldə Paris Te Maxim Restoranını satın alır. Dada sonra isə Maxim Oteller zəncirinə əl atır. 1985-ci İldə Fransız Moda Sənayesindən “Moda Oscar Mükafatını” alan Kardin 1987-ci idə Moskvada 10 min kvadrat metrlik sahədə mağaza açır.1980-1990-cı illər arasında Sofya, Paris, London, Pekin, Budapeştedə də “Pierre Cardin”nin butikləri açılır. Daha əvvəl heç bir stilistin etmədiyi dekorasiyalara imza atan Kardin yorulmadan bütün dünyanı gəzir.

160 milyon insan "Pierre Cardin"dən geyinir

Kardin işini yalnız geyimlə məhdudlaşdırmayıb. Ləl-cəvahirat, ətir, restoran zənciri, dəftərxana ləvazimatı, çətir, siqaret parfumeriya, çanta, kəmər və s. kimi sahələrdə də fəaliyyət göstərir. Ümumiyyətlə, "Pierre Cardin" ötən əsrin 60-cı illərindən günümüzə qədər 140 ölkədə 900 fərqli məhsul təklif edən ticarət markasıdır.

Adi şərabçının oğlu böyük bir imperiyanın sahibidir. Hansı ki, bu imperiyada məşhur stilistlər, dizaynerlər, manikenlər işləyir. Kardinin studiyaları illik 20 minə yaxın geyim modeli istehsal edirlər. "Pierre Cardin" markasının istehsal olunuğu zavodlarda isə 200 min nəfərə yaxın işçi var. 160 milyon insan "Pierre Cardin"dən geyinir. Kardinin dünyada 8 min mağazası var. Moda evinin illik dövriyyəsi 12 milyard dollar təşkil edir. Bu arada onu da bildirək ki, Kardin az sayda stilistlərdəndir ki, onun moda evi heç bir şirkətə tabe deyil.

Pierre Kardinin sirri

Stilistin özü deyir ki, moda kralı olmaq üçün belə anadan olmalısan: “Gəncliyimdə döyüşçü idim. Həmişə birinci olmağa can atardım. Əvvəlcədən özünə “bacarmaram” deyirsənsə, deməli başlamadan yorulmusan. Demək olar ki sıfırdan başlamışam. Müharibədən sonra uğura nail oldum. Hansı ki ətrafda aclıq, səfalət idi. Lakin həyatımı öz əlimlə yaxşılaşdırmaq ümidim var idi. Bu gün insanlar daha çoxuna sahibdirlər, nəinki bizim vaxtımızda”.

Kardinin şəxsi həyatına gəlincə, bəziləri onun Kristian Dior kimi homoseksual olduğunu deyirlər. Lakin stilistin həyatında Janna Moro kimi qadın olub. 1961-ci ildə tanış olan aktrisa ilə Pierrenin görüşünün səbəbi isə Koko Şaneldir. Belə ki, aktrisaya paltar lazım olub. K.Şanel isə tətildə olduğundan P.Kardini məsləhət görüb. Beləcə aktrisa ilə stilistin ilk baxışdan, daha doğrusu paltardan məhəbbətləri başlayıb: “Mən Pierre onu görmədən, əl işinə baxıb aşiq oldum. Özü ilə tanışlıqdan sonra bir daha vuruldum. Pierre isə bu haqda belə deyir: “O zamana qədər hər hansı qadınla fiziki yaxınlığım olmamışdı. Amma Janna məni həyacanlandırmağı bacardı”. Heç kəs iki məşhurun əlaqələrinə inanmırdı. Lakin Moro onlara belə cavab verirdi: “Vecimə də deyillər. Mən onu necə var elə də sevirəm. Onu əldə etmək istədim və etdim. Bunun uçün bir növ onu təqib etdim”.

Kardinin bu haqda fikirləri də maraqlıdır: “Janna Moronun təqib etdiyi insan olmaq. Sizcə hansı kişi bunun qarşısında dayana bilər. Heç kim. Hətta mən belə”. Qeyd edək ki, bu məhəbbət 5 il davam edir. Pierrenin dediyinə görə, həyatda yanan hər alov söndüyü kimi eşqləri də sönür. Buna səbəb də tez-tez ayrılmalar olur.

Bu gün Kardinin 92 yaşı var. O, həyatda arzu etdiyi hər şeyə nail ola bilib bircə şeydən başqa… O da imperiyasının varisinin olmamasından: “Çox saylı qohumlarım var. Amma onlar bu biznesdən kənardılar. İşimi kimə etibar edəcəyimi bilmirəm”.

Pierre Kardinin canavar evi

Məşhur stilist həm də milyoner sayılır. O, Lacivərd gölü sahilində 5 milyon dollarlıq unikal dizaynlı evə sahibdir. Ev böyük gözləri olan iki canavara bənzəyir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm