• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Çingiz Abdullayevin kitabı Fransada təqdim olunacaq

  • Xüsusi
  • 30 Noyabr 2018 17:30
  • 1 010 Baxış
Çingiz Abdullayevin kitabı Fransada təqdim olunacaq

Bir-birindən nəfis romanları ilə çağdaş dünya ədəbiyyatının parlaq yazarına çevrilən Çingiz Abdullayevin növbəti kitabı fransız dilində nəşr ediləcək. Özü də Fransada fəaliyyət göstərən yeganə Azərbaycan nəşriyyatı “Kəpəz” tərəfindən.

Nəşriyyatın yaradıcısı Nicat Kazımov Publika.az-a sevimli yazarımızın “Şübhəsiz Metamarfoz” əsərinin tərcüməsindən, həmçinin "Kəpəz"in son uğurlarından bəhs etdi.

- Fransada kitab mağazalarından birinin direktoru ilə söhbət əsnasında Çingiz Abdullayevin kitabını çap edəcəyimizi demişdim. Direktor böyük ziyalımızı dərhal tanıdı, hətta anasının ən sevdiyi detektiv yazıçı olduğunu dedi. Sırf onun tövsiyyəsinə əsaslanaraq, biz bu kitabı 3000 tirajla nəşrə verəcəyik. Bu həm “Kəpəz”, həm də Azərbaycan ədəbiyyatı adına böyük layihə olacaq. Çünki Çingiz Abdullayev imzasını dünya sevir, onun yeni əsərini daha böyük oxucu auditoriyasına çatdıracağıq. Dəyərli ziyalımız ilə telefon danışığımda bildirmişdi ki, kitabın təqdimat günündə özü də iştirak edəcək. Uşaqlıqdan indiyə kimi oxuduğum yazıçımızın bu sözlərinə həm çox sevindim, həm də qürurlandım.

- Azərbaycan Tərcümə Mərkəzi ölkə ədəbiyyatının tanıdılması yolunda atdığınız addımları yüksək dəyərləndirib. Növbəti uğurunuzu bizimlə də paylaşın, lütfən...

- Bu ayın əvvvəlində Azərbaycan Tərcümə Mərkəzinin sədri Afaq xanım Məsud məni Azərbaycan ədəbiyyatının Fransada tanıdılması üçün yaradılmış fransızlardan ibarət nümayəndə heyətinin sədri təyin etdi. Bu təyinat sadəcə mənim uğurum deyil. Eyni zamanda, bütün yaradıcı heyətin, yəni Dilbadi Qasımovun, Jean-Emmanuel Medinanın, Albert Vackin eləcə də “Kəpəz” nəşriyyatında əməyi olan tərcüməçilərin, redaktorların, korrektorların, dizaynerlərin uğurudur. Şübhəsiz ki, bu təyinatın məsuliyyəti böyükdür, bundan sonra məni belə şəfərli bir vəzifəyə layiq görən şəxslərin etimadını daim doğrultmağa çalışacağam.

- Qarşıda hansı layihələriniz var?

- Azərbaycan Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində çap olunacaq Azərbaycan Ədəbiyyatı Antalogiyasını nəşr edəcəyik. Bu kitab nəşriyyatımızın ilk iri həcmli kitabı olacaq. Tərcümə və redaktə yekunlaşıb. İçərisində XIX əsrdən günümüzədək yazıb-yaradan 28 Azərbaycan yazıçısının hekayələri, bir sözlə, ədəbiyyatımızın xəzinələri toplanıb. Bu xəbəri saytımızda və sosial şəbəkələrdə paylaşdığımızdan bəri xeyli fransız oxucusu kitabın çıxması ilə bağlı suallar verir, hətta bəziləri kitabı əldə etmək üçün əvvəlcədən sifariş etməyin mümkün olub-olmaması ilə maraqlanır.

L’image contient peut-être : texte

- Bilidyimə görə “Mösyö Abel” fransız oxucularını artıq ovsunlamağı bacarıb...

- Nəşriyyatımızın kitabları hələ ki, azdır. Buna baxmayaraq, fransız oxucuların böyük rəğbətini qazanmışıq. Strasburq şəhərinin ən çox tanınan kitab mağazası olan “Librairie Kleber” çap etdiyimiz Hüseyn Abbaszadənin “Haradansınız Mösyö Abel” adlı kitabının hamısını satıb. Kitab tükəndikdən sonra çox böyük tələbat yarandı. Mağazanın rəhbərliyi hələ keçən həftə bizə 50 ədəd kitab sifariş verdi. Başqa böyük mağazalar isə kitab çox oxunduğundan "Mösyö Abel"i hələ də vitrinlərdə saxlayırlar. Nəzərinizə çatdırım ki, Fransada vitrində olan kitab bestsellerlərə, tanınmış yazıçılara aid olur. Əsas hədəfimiz bu uğuru Parisdən Marseldək Fransanın bütün şəhərlərinə yaymaqdır. Düşünürəm ki, biz buna nail olacağıq.

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR