Azərbaycanlı qaraçı Avropanı HEYRAN QOYDU: Deputatlar, merlər və... - ŞOK FAKTLAR
Bizi izləyin

Xüsusi

Azərbaycanlı qaraçı Avropanı HEYRAN QOYDU: Deputatlar, merlər və... - ŞOK FAKTLAR

Ölkəmizi Avropada layiqli təmsil edən soydaşlarımzdan biri də Fransanın ilk azərbaycanlı vəkillərindən olan Dilbadi Qasımovdur. O, Strasburq şəhərinin ilk azərbaycanlı vəkili olmaqla yanaşı, həm də vətənimizin Fransada birinci nəşriyyatı sayılan "Kəpəz" Editionun qurucularındandır.

Publika.az-ın özəl müsahibi vəkil Dilbadi Qasımovdur.

(II HİSSƏ)

Birinci hissə ilə BURADAN tanış ola bilərsiniz.

- Dilbadi bəy, necə düşünürsünüz, bu günlərdə tərcüməsini tamamladığınız “Qaraca qız” əsəri müasir fransız oxucusunda hansı təəssüratları oyadacaq?

- “Qaraca qız” əsərini oxumuşdum. Filminə də kifayət qədər çox baxmışam. Bizim əsas məqsədimiz Azərbaycan ədəbiyyatının ən maraqlı nümunələrini hissə-hissə fransızcaya tərcümə etməkdir. Bu kitab həm yığcamdır, həm də çox maraqlı mövzudan bəhs edir. Bildiyiniz kimi, bu gün Avropada milli azlıqlar problemi aktualdır. Xüsusən də qaraçıların taleyi çox acınacaqlıdır. Təhsillə, evlə bağlı diskriminasiyaya uğrayırlar. Bu əsərdə isə müəllif yetim qalmış qaraçı qızın həyatında baş verən hadisələri olduqca humanist şəkildə təqdim edir. Bəzilərinin haqsızlığına rəğmən çoxlarının mərhəmətli davranmasını, hətta onu himayəsinə götürən qadının fədakarlığı, Ağca xanımla dostluğu, Piri kişinin məhəbbəti, heyvan sevgisi kimi çox incə məqamlara toxunulub. Yəni həcmcə kiçik bu əsərdə o qədər böyük insani dərslər var ki, sadalamaqla bitmir. Xüsusən də bu hadisələrin 100 il öncə Azərbaycanda cərəyan etməsi xüsusilə diqqətə layiqdir. Tolerantlığımız, cəmiyyət olaraq hadisələrə yanaşma üstünlüyümüz hələ də Avropa xalqları üçün həll olunmayan problem kimi qalmaqdadır.

- Süleyman Sani Axundov yaradıcılığı fransızca necə səsləndi?

- Tərcümə prosesi çox rahat keçdi. Düşünürəm ki, fransızcada da olduqca sadə və şirin səslənib. Çünki kitabı redaktəyə yolladığım Valentin De Fonseka mənə bildirdi ki, mətn çox xoşagələn, axıcı alınıb. Fransızca tərcümə isə əsərin ruhunu daha da gözəlləşdirib. Fikrimcə, tərcümə uğurlu alınıb.

Aucune description de photo disponible.

- Bu gün Fransada kifayət qədər qaraçı yaşayır. İstərdim, onlar barədə bizə məlumat verəsiniz...

- Fransada yaşayan qaraçılar bir neçə yerə bölünürlər. Bunların arasında manuşlar əsas yer tutur. Onlar tam qaraçı sayılmırlar. Ümumiyyətlə, qaraçıların çoxu Hindistandan gəlmə millətlərdir. Özləri də hindlilərə çox bənzəyirlər. Manuşlar isə antropologiya baxımından fransızdırlar, amma həyat tərzləri qaraçılarla eynidir. Yarım milyonluq əhalidirlər. Köçəri həyat sürürlər, zibilliklərdən dəmir və s. tullantıları toplayıb satırlar. Ümumi desək, qeyri-qanuni işlərlə məşğul olurlar. Özü də çoxunun sənədi yoxdur. Çünki Fransada belə bir qanun var ki, mütləq ev ünvanın olmalıdır. Yoxdursa, pasport almaq da mümkün deyil. Bu, isə ona gətirib çıxarır ki, fransız vətəndaşı ola-ola manuşlar səs vermək və digər hüquqlardan məhrumdurlar. Bir də İspaniyadan Fransaya köçən qaraçılar var. Onlar artıq yaşadıqları yerə uyğunlaşıblar. Demək olar, hamısının konkret ünvanı da var. Onlar bütün adət-ənənələrini qoruyub saxlayırlar, xristiandırlar. Eyni zamanda, artıq fransız vətəndaşıdırlar. Hətta bəzən öz dillərində danışmasalar, qaraçı olduqlarını müəyyən etmək mümkün olmur. Digər qismi isə Şərqi Avropadan, daha konkret desək, Bolqarıstandan, Macarıstandan, Rumıniyadan gələnlərdir. Ən böyük problem onlarladır. Çünki öz ölkələrində hüquqları pozulur. Avropa Birliyi isə həmin ölkələrə güclü təzyiq edir. Hətta investisiya yatırırlar ki, qaraçıların hüquqlarını qorusunlar. Onlar isə Fransada həyat şərtləri yaxşı olduğu üçün daha çox bu ölkəyə axın edirlər. Özlərinə maddi yardım verirlər, övladlarını məktəblə təmin edirlər. Amma bildiyiniz kimi, qaraçılar təhsildən uzaq xalqdır, çox vaxt da qızlarını erkən yaşda ərə verirlər. Problemlər də sırf bu məqamda baş qaldırır. Qaraçılarla yaşanan əsas problemlərdən biri də karvan maşınlarıdır. Bildiyiniz kimi, onların çoxu karvan avtomobillərdə yaşayırlar. Bu maşınları saxlamaq üçün xüsusi yerləri olmalıdır. Lakin Fransa buna da çözüm yolları tapır. Qaraçıların maşınları üçün xüsusi parkinq yerləri təyin olunur.

L’image contient peut-être : 2 personnes, dont Dilbadi Gasimov, barbe

- “Kəpəz” nəşriyyatı həm də digər xalqların ədəbiyyatını fransızcaya tərcümə edir...

- Bəli... Bu günlərdə "Kəpəz" nəşriyyatı Qırğızıstan atları haqda növbəti kitabının təqdimatını keçirdi. Tədbirimiz Parisdə baş tutdu. Senatorlar, deputatlar, bir neçə ölkələrin səfirləri və tanınmış insanlar iştirak etdilər. Bu, bizim üçün həm də bir sınaq idi. Çünki gələcəkdə tək Azərbaycan deyil, Mərkəzi Asiya ölkələrinin də ədəbiyyat nümunələrini fransızcaya tərcümə etmək istəyirik. Bu addımdan sonra daha böyük layihələrə imza atacağıq.

- Fransada polis-nümayişçi münasibəti nə dərəcədə qanunlara dayanır?

- Bu gün Fransada ən çox nümayişi sarı jiletlilər keçirdir. Sarı jiletlilərin manifestasiyaları qeyri-qanunidir. Ümumiyyətlə, Fransada nümayiş qadağası yoxdur. Sadəcə öncədən həmin insanlar prafektoriyaya müraciət etməlidirlər ki, nümayiş vaxtı polislər həm insanların təhlükəsizliyini qorusun, həm də həmin ərazidə digər manifestasiya olarsa, başqa günə keçirsinlər. Sarı jiletlilərsə anidən küçələrə çıxırlar. Təbii ki, polislərin onların manifestasiyasını dağıtmaq hüququ yoxdur. Əslində çox vaxt sakit şəkildə nümayiş keçirirlər. Təəssüf ki, oğurluğa, zorakılığa meyilli insanlar yol boyu onlara qoşulur. Mağazaların şüşələrini qırıb oğurluq edirlər, insanlara zərər verirlər. Polis bu iğtişaşların qarşısını alanda da sərt qarşıdurma yaranır. Həm sarı jiletlilər, həm də polislərin cəbhəsindən yaralananlar, mühakimə olunanlar var. Çünki bu nümayişlərdə polislər LBD adlanan silahlardan istifadə edirlər. Bu silahdan çıxan balaca toplar öldürməsə də, insanlara çox ciddi xətər yetirir. Məsələn, ötən il LBD bir nəfərin gözünü çıxardı. Bu yaxınarda nümayişə aidiyyəti olmayan bir nəfərin çənə sümüyünü tamamən sındırdı. Bu hallar onlarladır. Faciəvi hadisələrdən sonra xalqın tələbi ilə LBD-ləri nümayişlərdən çıxardılar. Ötən həftə bu əsnada Paris məhkəməsində ilk polis 4 ay müddətində şərti həbs cəzası aldı. Çünki may ayında törətdiyi bir hadisə kameralardan izlənildi. Məlum oldu ki, həmin vaxt baş vermiş nümayişdə yerdən ağır daş götürüb sarı jiletlilərin üstünə atıb.

Картинки по запросу gilet jaune

- Maraqlıdır, məmurların fəaliyyət dövündə yaş limiti, ümumiyyətlə, vəzifə dövr etikası mövcuddurmu?

- Fransada bu mənada yaş limiti yoxdur. Çünki hər beş ildən bir hakimiyyət dəyişir və hər dəfə də yeni prezident seçilir. Ümumiyyətlə, prezident dəyişəndə nazirliklərdə, digər dövlət qurumlarında onun komandası işə təyin olunur. Prezident öz baş nazirini təyin edir. O, isə öz növbəsində nazirlərini işə qəbul edir. Və bu proses zəncirvari şəkildə tamamlanır. Hətta prezident beş illik fəaliyyətindən sonra yenidən səsvermədə birincilik qazansa da, itənilən halda öz komandasını yeniləmək məcburiyyətindədir. Sırf bu səbəbdən Fransada heç bir məmur beş ildən artıq vəzifədə qalmır. Digər bir tərəfdən dövlət aparatında istənilən şöbələrin rəisləri müsabiqə yolu ilə seçilir. İmtahan yolu ilə seçildiyi üçün isə vəzifəsindən azad oluna bilməz. Bir şərtlə ki, daha üstün posta göndərilsin. Deputatlar, merlər də həmçinin... Lakin bəzi merlər var ki, otuz ildir vəzifədədirlər. Çünki hər dəfə xalq özü onları seçir. Qısası məmurların yaş həddi yoxdur, lakin nazir və digər postlara təyin ounan məmurlar beş ildən artıq vəzifədə qalmırlar.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm