Xüsusi
Beate Björgə: İlk işim Azərbaycana səfər olacaq
Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.
Artıq bir neçə gündür ki, Norveçin, eləcə də digər dövlətlərin nüfuzlu siyasi və ictimai xadimləri sərgini dərin maraqla izləyib, təəssüratlarını bölüşürlər.
Tədbirə qatılanlar sırasında Tur Heyerdal İnstitutunun baş məsləhətçisi Beate Björge (Beate Bjørge) də var.
- Xanım Björge, düşünürəm ki, bu sərgi institutunuz üçün ikiqat əhəmiyyətlidir.

- Elədir. Çünki 19 ildir ki, Tur Heyerdal İnstitutunda çalışıram. İnstitutumuzun nəzdində olduqca əhəmiyyətli Vestfold Muzeyi fəaliyyət göstərir. Xüsusən də Tur Heyerdalın fəaliyyətini əks etdirən bu sərgini həmin muzeydə də nümayiş etdirmək niyyətindəyik.
- Azərbaycanla bağlı təəssüratlarınızı öyrənmək istərdim.
- Azərbaycanı daha çox Heyerdalın ekspedisiyalarından tanımışam. Bu ölkə Asiya və Avropanı birləşdirən unikal regiondur. Eyni anda müxtəlif mədəniyyətləri, dinləri, dilləri bir-birinə doğmalaşdırır. Ölkələrimiz arasında mədəni, iqtisadi münasibətləri möhkəmləndirmək üçün bu qəbildən olan sərgilərə, tanıtım çarxlarına ehtiyac var.
O qədər gözəl təsvirlərlə, eksponatlarla tanış oldum ki, pandemiya bitəndən sonra ilk işim Azərbaycana səfər olacaq.
Leyla Sarabi
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
