Xüsusi
“Azərbaycanı Heyerdalın izləri ilə addımlamaq istəyirəm” - Oslo meri ilə MÜSAHİBƏ
Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.
Olduqca əhəmiyyətli tədbir Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşir. Sərgi bir çox ölkələrin ictimai, siyasi xadimlərini, səfirlərini bir araya toplayır.
Tədbirdə iştirak edənlər arasında Oslo şəhərinin meri xanım Marianne Borgen də var.
Olso merinin Publika.az-a özəl müsahibəsini təqdim edirik:

- Hörmətli mer, dövlətlərimiz arasında əlaqələrin gələcək inkişaf mərhələləri, eləcə də sərgi ilə bağlı təəssüratlarınızı bilmək istərdim.
- İki xalq olaraq dövlətlərimiz arasında körpülər qurmağa, bir-birimizi yaxından tanımağa çalışmalıyıq. Düşünürəm ki, ölkələrimizin zəngin mədəniyyəti haqda məlumatlı deyilik. Xüsusən də Norveç gənclərinin əksəriyyəti Azərbaycan adlı dövləti tanımır. Bu boşluğu doldurmağımız artıq vacibdir. Elə Tur Heyerdalın Azərbaycanla bağlı çox maraqlı, gərəkli araşdırmaları var. Sadəcə, bu fakt və məlumatları sistemləşdirmək, mütəmadi tədbirlər, mədəniyyətlərarası dialoqlar təşkil etmək lazımdır. Bu baxımdan sərgini olduqca əhəmiyyətli addım hesab edirəm. Çünki hər iki millətin əsas amalı sülhü təmin edib insanlara, təbiətə sevgi bəxş etməkdir.
- Həm Bakı, həm də Oslo multikultural paytaxtlardır. Düşünürəm ki, bu mövzuda da gənclərimizin bənzərliyi az deyil.
- Əlbəttə. Sərgidə Tur Heyerdalın müəllifi olduğu çox dəyərli fotoşəkillərə, məlumatlara rast gəldim. Azərbaycana virtual səyahət etdim. Bildiyiniz kimi, Oslo da zəngin mədəniyyətə malik paytaxtdır. Sakinlərimiz, gənclərimiz fərqli mədəniyyətlərə qarışmağa, müxtəlif dillərdə təhsil almağa, digər xalqlarla birgə beynəlxalq layihələrdə iştirak etməyə alışıblar. Düşünürəm ki, həm də bu baxımdan sərgi multikultural xalqlarımızın gələcək birgə fəaliyyətinin ilk addımı olacaq. Nəinki mədəni, eləcə də iqtisadi, təhsil və digər sahələrdə də münasibətlərimizin uğurla davam edəcəyinə inamım çoxdur.

- Xanım Borgen, sizi tezliklə ölkəmizdə görmək diləyilə...
- Ölkənizdə olmamışam. Amma ilk fürsətdə səfər edib, Heyerdalın izləri ilə addımlamaq istəyirəm.
Leyla Sarabi
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...
-
Magazin112:46Aygün Kazımovanın qaziyə jesti rəğbətlə qarşılandı - VİDEO
-
MDB12:14Zelenski Putinlə görüşün yerini açıqladı - Nə Kiyev, nə də Moskva
-
Sosial11:526 uşağın zəhərləndiyi hamam otağının qapısı yalnız çöldən kilidlənirmiş - MÜƏMMA / VİDEO
-
İqtisadi gündəm10:20Bu şəxslərin maaşlarında artımlar olacaq - SƏRƏNCAM
-
Region09:55Kadırov İrana kömək etməkdən imtina etdi: Səbəbini də açıqladı
-
ABŞ09:40Tramp İranı hədələdi: Əməl etməsəniz...
-
Dünya09:34Atəşkəsə inam yoxdur: Neft yenidən kəskin bahalaşdı







































