Xüsusi
Məni ən çox sevindirən hal odur ki... - Pakistanın Norveçdəki səfiri ilə ÖZƏL MÜSAHİBƏ
Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.
Olduqca əhəmiyyətli tədbir Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşir. Sərgi bir çox ölkələrin ictimai, siyasi xadimlərini, səfirlərini bir araya toplayır.
Tədbiri ziyarət edənlər sırasında qardaş Pakistanın Norveçdəki səlahiyyətli səfiri Zahiri Pərvaz Xan da olub.
Publika.az-ın həmsöhbəti cənab Zahiri Pərvaz Xandır.

- Cənab səfir, sərginin timsalında ölkəmizin təqdimatını bəyəndinizmi?
- Azərbaycanın tanıtımına həsr edilmiş, ölkənizi Norveçə, eləcə də burada yaşayan digər xalqlara tanıtmağın çox əhəmiyyətli təşəbbüs olduğunu düşünürəm. Azərbaycan mədəniyyətinin, zəngin tarixinin maraqlı, rəngarəng təqdimatı ilə tanış olduq. Təəssüratlarım çox gözəldir.
- Əsrlər boyu ölkəmizdə sarsılmaz dostluq, doğmalıq olub. Bu ənənə günümüzdə də davam edir.
- Əlbəttə. Öncə vasitənizlə azərbaycanlı bacı və qardaşlarımıza salamımı göndərirəm. Biz iki dövlətdə yaşayıb, ürəyi birgə döyünən qardaş xalqıq. İnandığımız, qorumağa çalışdığımız dəyərlər eynidir. Azərbaycanla Pakistanın bir-birinə sadiqliyi, dəstəyi zamanın sınağından çıxmış həqiqətdir. Odur ki, Pakistanla Azərbaycan bayrağının fotoşəkilinə sərgidə rast gəlmək ən gözəl duyğularımı oyatdı, qürur duydum.
- Bu gün qardaş Pakistan xalqı Avropa ölkələrində də öz vətənlərini kifayət qədər uğurla, şərəflə təmsil edir.
- Düşünürəm ki, hansı ölkənin vətəndaşı olmağımız, dil, din fərqimiz önəmli deyil. Əsas qəlbimizin gözəlliyi, niyyətimizin saflığıdır. Yalnız bu halda ətrafımızdakıları da belə görüb, eyni münasibəti bəsləyə bilərik. Artıq 50 ildir ki, Norveçlə diplomatik əlaqələr qurmuşuq. Məni ən çox sevindirən hal odur ki, burada yaşayan həmvətənlərim öz adətlərini, dəyərlərini unutmadan, itirmədən Norveç cəmiyyətinə qaynayıb-qarışmağı bacarır. Norveçdə əslən pakistanlı mühəndislər, həkimlər, deputatlar, hətta nazirimiz olub. Bu baxımdan uğurlu qarşılıqlı münasibətlərimizin olduğunu düşünürəm.
- Cənab səfir, Azərbaycanla bağlı gözəl xatirələrinizin olduğunu bilirəm. Təəssüratlarınızı öyrənmək istərdim.
- Azərbaycana dəfələrlə səfər etmişəm. Ailəmlə birgə səfərim də unudulmaz idi. Qardaş ölkədə möhtəşəm 2 həftə keçirmişdik. Bunu tam səmimi vurğulamaq istəyirəm. Olduqca gülərüz, qonaqsevən xalqsınız. Özümü vətənimdən uzaqda hiss etmədim. Xüsusən də mətbəxinizin sehrindən danışmaq istəyirəm. Bütün yeməklərinizdən məmnuniyyətlə daddım. Xalqlarımızın milli mətbəxi də bir-birinə çox bənzəyir.
- Necə düşünürsünüz, mötəbər sərgimiz Azərbaycan-Norveç əlaqələrinə nə kimi təsir göstərəcək, hansı əməkdaşlıqlara təkan verəcək?
- Həm Azərbaycan, həm də Norveç vətəndaşları müasir, beynəlxalq əməkdaşlığı bacaran, həmçinin multikultural dəyərlərə malikdirlər. Müxtəlif musiqilərə belə eyni sevgi ilə yanaşırsınız. Sülhü dəstəkləyirsiniz. Odur ki, birlikdə daha maraqlı layihələrə imza atacağınıza ürəkdən inanıram.
Leyla Sarabi
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız








































