Xüsusi
Azərbaycana 44-cü səfərimi edəcəm - Oslo Universitetinin professoru
Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə Ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.
Publika.az xəbər verir ki, əhəmiyyətli tədbir Norveçdə fəaliyyət göstərən CAN təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşir.
Tədbir bir çox ölkələrin ictimai, siyasi xadimlərini, səfirlərini bir araya toplayır. Sərgini maraqla izləyənlər sırasında Norveçin nüfuzlu Oslo Universitetinin professoru Vibeke Roggen də var.
- Xanım Roggen, rica edirəm, özünüzü təqdim edin.
- Oslo Universitetinin professoruyam. Azərbaycan Dillər Universitetinin rektoru, dostum Səməd Seyidovla dəfələrlə birgə əməkaşlığımız olub. Xatırladığım qədər nə az, nə çox 43 dəfə Azərbaycanda olmuşam.
- Təəccübümü gizlədə bilməyəcəm. 43 dəfə?
- Doğrudur. Müxtəlif layihələri gerçəkləşdirmək üçün səfərlərim təkrarlanıb. Ona görə xalqınızı çox yaxşı tanıyıram. Qonaqpərvər, dostcanlısınız. Hər dəfə yenidən Azərbaycana qayıtmaq məni xoşbəxt edir.
- Əminəm ki, ölkəmiz haqda kifayət qədər təəssüratınız var.
- Dediyim kimi, xalqınız olduqca tolerantdır. Sırf bu məntiqdən yola çıxaraq qeyd etmək istərdim ki, müsəlmanlar, xristianlar, ümumiyyətlə dünya insanları bir-birinə qucaq açmağı bacarmalıdır. Düşmənçilik əvəzinə belə gözəl tədbirlərlə münasibətlərimizi möhkəmləndirməliyik. Universitetlərdə tədris zamanı da həmişə bu prinsipi önə çəkirəm. İnsan təfəkkürü üçün əzbərçilikdən də önəmli düzgün tənqid bacarığını formalaşdırmaqdır. Azad şəkildə hadisələri dəyərləndirmək bacarığı beynəlxalq əməkdaşlıqların inkişafı üçün də olduqca vacibdir.
- Sərgi xoşunuza gəldi?
- Çox bəyəndim. Ümid edirəm ki, növbəti sərgilərdə qarşılıqlı münasibətlərimizin inkişafına təkan verən daha çox eksponat görə biləcəyik.
- Ölkəmizə 44-cü səfəriniz gözlənilir?
- Mütləq!
Leyla Sarabi
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA























.jpg)











.jpg)

.jpg)