Xüsusi
Məşhur əcnəbi yazardan Azərbaycanla bağlı MARAQLI ETİRAFLAR - MÜSAHİBƏ
Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə Ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.
Publika.az xəbər verir ki, əhəmiyyətli tədbir Norveçdə fəaliyyət göstərən CAN təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşir.
Sərgini ziyarət edənlər sırasında Norveçin tanınmış yazarı, həmçinin fəal siyasətçi Kamzi Qunaratnam da var.
- Əziz Qunaratnam, sərgi, ümumiyyətlə Azərbaycan barədə təəssüratlarınızı bilmək istərdim.
- Azərbaycan folkloru məni çox təsirləndirdi. Bu tanışlığı çox gözəl kəşf hesab edirəm. Düşünürəm ki, Azərbaycanı dünyanın ideal modeli kimi xarakterizə edə bilərik. Bütün dinlərin sülh içərisində qorunub gələcək nəsillərə ötürüldüyü, fərqli millətlərin sinaqoqlarda, kilsələrdə, məscidlərdə təhlükəsiz şəkildə ibadət edə biləcəyi ölkədir.

- Bütün dünyada tolerant mühitə necə nail ola bilərik?
- İnsanların bir-birinə olan nifrətinin səbəbi məlumatsızlıqdır. Digər cəmiyyətlərə, onların adətlərinə, mədəniyyətlərinə yad olduqları üçün doğmalaşa bilmirlər. Halbuki eyni şəhərdə, eyni ölkədə yaşasalar, bir-birlərinə necə bənzədiklərinin, eyni duyğulara malik olduqlarının, problemlərinin belə fərqli olmadığının fərqinə varacaqlar.
- Demək biz də böyük məsuliyyət daşıyırıq...
- Düşünürəm ki, Tur Heyerdalın missiyasını davam etdirməliyik. Hər birimizi öncə öz ölkəmizin, cəmiyyətimizin problemləri maraqlandırır. Lakin bu yolla getsək, adımızı gələcəyin səhifələrinə yazdıra bilmərik. Dünyaya qarşı biganə qalan insana dünya da məhəbbətlə yanaşmayacaq. Odur ki, Tur Heyerdalı mədəniyyətlərin vasitəçisi adlandıra bilərik.

- Sərgidə ən çox diqqətinizi çəkən məqamdan bəhs etməyinizi istərdim.
- Sərgiyə giriş azaddır. Həmçinin pandemiya nəzərə alınaraq açıq məkanda təşkil olunub. Xüsusən də Oslonun qərb hissəsində, yəni insanların daha sıx yaşadığı səmtində keçirilməsi daha çox diqqət cəlb edir. Lakin istərdim ki, bu tədbir Norveçin digər şəhərlərində də gerçəkləşdirilsin. Sərgidə Azərbaycanın simvolu olan alova xüsusi yer ayrılıb. Bu, çox xoşuma gəldi. Bilirsiniz, mən güclü qadınları sevirəm. Alovla qadının ahəngi isə xüsusi gözəldir. Milli geyimlərinizi də çox bəyəndim. Ümumiyyətlə, hesab edirəm ki, geyimlərimiz də mədəniyyətimizin bir parçasıdır. Tariximiz haqda vizual informasiyadır.
- Əminəm ki, sərgi sizi Azərbaycan səfərlərinə təhrik etdi.
- Azərbaycan mətbəxi çox diqqətimi çəkdi. Dadlı yeməkləri çox sevirəm. Bir də Xalça Muzeyinə səfər etməyi düşünürəm. Təşkilatçılara bu işdə uğurlar arzu edirəm. Çünki dünya sakinləri olaraq aramızda mədəni körpülər qurmağa ehtiyacımız var.
Leyla Sarabi
-
Avropa11:24Müharibədən Almaniyaya qaçan ruslar geri qaytarılır: Məcburi, yoxsa könüllü?
-
Nida Xəbər 10:45Bakıda forum keçirilir
-
Nida Xəbər 10:10Əli Əsədov qərar imzaladı
-
Sağlamlıq09:42Azərbaycanlıların sevimli çayı təbii antibiotikdir: Avropa alimləri rəsmən təsdiqlədi
-
Rəsmi xronika09:03Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik! - İlham Əliyev
-
Sosial08:43Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…
-
Art08:24İran hakimiyyəti "Oscar" mükafatına namizəd olan ssenaristi həbs etdi - FOTO
-
Elm və təhsil07:55Məktəblilərin qış tətili başa çatdı































.jpg)






