Xüsusi
Bu əlamətləriniz varsa, xərçəng ola bilərsiniz - Fransada çalışan həkimlə MÜSAHİBƏ
Əsrimizin sağalmayan yarası, dərmanı hələ də tapılmayan bəlası xərçəng xəstəliyi hər kəsin qorxulu yuxusu olaraq qalır. Mütəxəssislər bu barədə nə qədər rəy verib, araşdırmalar etsələr də qaranlıq məqamları tam çözmək mükün deyil.
Publika.az Fransanın ən qabaqcıl farmakoloji şirkətlərində onkoloji dərmanların hazırlanmasında iştirak edən bioloji elmlər namizədi, biokimyaçı Nailə Tağıyeva ilə bununla müsahibəni təqdim edir:
- Doktor, xərçəngə tərif verə bilərik?
- Gündəlik həyatımızda xərçəng adlandırdığımız xəstəliyin 200-dən çox onkoloji növü mövcuddur. Hüceyrələrimizin çoxalmaq və öz funksiyalarını yerinə yetirmək vəzifəsi var. İstənilən faktor bu funksiyanı poza bilər. Bu hüceyrələr öz fəaliyyətini xaotik şəkildə davam etdirməyə başlayır. Yəni çoxalaraq şişlər əmələ gətirir, metastaza sabəb olur. Yəni limfa və damarlar vasitəsilə yanındakı orqanlara da nüfuz edirlər.
- Xərçəngin qarşısını tam almaq mümkün deyil, heç olmasa addım-addım irəliləyirik?
- Son vaxtlar səhiyyənin inkişafı nəticəsində xərçəng xəstələrinin ömrünü uzatmağa nail olsaq da, ölüm hallarının qarşısını almaq hələ ki, mümkün deyil. Düşünürəm ki, bu, əsrimizin problemidir. Odur ki, diaqnoz çox önmlidir. Diaqnoz qoyulması nə qədər tezləşərsə, xəstəliklə mübarizə aparmaq da bir o qədər asanlaşar. Hüceyrələr anormal çoxalmağa başlayanda, ya cərrahi müdaxilə, yaxud da radioterapiya vasitəsilə xəstəliyin qarşısını almaq mümkün olur. Lakin digər orqanlara da keçəndə və ya elə həmin orqanda artmağa başlayanda, bu, artıq xərçənglə mübarizəni çətinləşdirir.
- Bəs mütəmadi yoxlanışlar xərçəngin aşkar olunmasına tam zəmanət verir?
- Əsas simptomları olan yorğunluq, saç tökülməsi, həzm prosesinin pozulması, diareya, uzun müddətli öskürək və digər narahatlıqlar xərçəngin ilkin əlamətləri ola bilər. Amma sadəcə öskürək, yaxud saç tölülməsindən əziyyət çəkirsinizsə, bu, xərçəngə dəlalət etməyə də bilər. Qorxmağa ehtiyac yoxdur. Artıq çəki, hərəkətsizlik, yanlış qida və yuxu rejimi, spirtli içkilər və siqaret riski artırır. Dəridə ləkələrin yaranması və bu kimi səbəblər narahatlığa əsas verə bilər. Dediyim kimi, xərçəngin 200-dən çox növü var. Odur ki, bütün təhlükə doğuran məqamları sadalaya bilmərik. İstənilən halda narahaltlıq hiss edəndə mütləq həkimə müraciət edin. Amma bununla yanaşı ən pis ehtimalları düşünüb, özünüzü məhv etməyin.
- Bildiyim qədərilə stress də xərçəngin bünövrəsidir...
- İstənilən halda həyatınızda baş verən ən sadə dəyişikliyi terapevtinizlə müzakirə edin. İstər çəki artımı, istər derpessiya, yaxud digər ani yenilikləri nəzarətinizdən kənar qoymayın. Boyun, qolaltı, sinə nahiyənizə əl vuranda xırda şişlər, kişilərin cinsiyyət orqanında yaranan düyünlər hiss edilərsə, burnunuzdan, vaginadan, öskürən zaman boğazınızdan mütəmadi qan gəlirsə, artıq həyəcan təbili çalmalısınız. Dietasız sürətli çəki vermək özü də təhlükə məqamıdır. Anlaşılmaz ağırlar da xərçəng simptomu sayıla bilər. Xallarınızın rənginə, ölçüsünə də daim diqqətlə yanaşın. Süd vəzinizdə baş verən dəyişikliyi də nəzarətdə saxlayın. Gecələr tərləmə də xərçəngdən xəbər verə bilər. Qadınlar aybaşı baş verdikdən sonra mütləq döşlərindəki fərqi toxunuşlarla yoxlamalıdırlar. Onu da bildirim ki, klimaks dövründən sonra xüsusilə diqqətli olmalısınız.
- Doktor, genetik xərçəngə meylli olmaq ehtimalı nə dərəcədə realdır?
- Təəssüf ki, bəzi hallarda heç bir müalicə, ön tədbirlər xərçəngin qarşısını tam ala bilmir. Bunun səbəbi bəzən genetika, bir çox hallarda isə yaşadığımız şərait, mühit ola bilər. Tütün, spirtli içkilər, artıq çəki də əsas səbəblər sırasındadır. Lakin bəzən mütəmadi olaraq idmanla məşğul olan, sağlam qidaya üstünlük verib, irsi xəstəlik riski olmayanlar da xərçəngə yoluxa bilirlər. Təəssüf ki, bunun elmi cavabı hələ ki, yoxdur. Bu, çox nəhəng araşdırma mövzusudur.
- Xəstəliyin öncədən aşkarlanıb müalicə olunmasında ürəkaçan məqam varmı?
- Hazırda yeni və çox faydalı üsul olan biomarkyorlar vasitəsilə xərçəngin müalicəsinə nail ola bilirik. Xəstə sağalmasa belə, ömrünü uzatmaq mümkün olur. Xəstənin mənəvi gücündən də çox şey aslıdır. Amma bu o demək deyil ki, insan fikirlərini kodlaşdıraraq xərçəngə qalib gələ bilər. Mütləq şəkildə peşəkar həkim nəzarəti altında keyfiyyətli müalicə alınmalıdır. Təbii ki, sevdikləri, doğmaları da onların yanında olub dəstək verməlidirlər.
Ümumiyyətlə, xərçəng kimi xəstəliklərin qarşısını almaq üçün ilk növbədə təbiəti, ətraf aləmi qorumağa məcburuq. İdmanla məşğul olun, sağlam qidaya üstünlük verin. Ən əsası isə daim pozitiv düşüncəyə köklənin.
Leyla Sarabi
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO
-
Rəsmi xronika09:02İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi
-
İdman08:24Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
-
Magazin105:15Müğənni Pünhan nişanlandı - FOTO
-
Region03:13İran ələ keçirilən gəminin qisasını belə aldı
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"






































