Dünya
Putin “Gladiator”ları döyüşə göndərdi
Rusiya ilk dəfə Suriyaya “Antey-2500” (NATO təsnifatı üzrə SA-23 Gladiator) hava hücumuna qarşı müdafiə kompleksini göndərib.
Publika.az xəbər verir ki, bu haqda ABŞ administrasiyasındakı üç mənbəyə istinadən “Fox News” telekanalı bildirib.
Onların məlumatlarına görə, müdafiə kompleksinin komponentləri istirahət günlərində Rusiyanın Tartusdakı (Suriya) hərbi dəniz bazasına çatdırılıb.
Telekanalın həmsöhbətlərinin sözlərinə görə, “Antey-2500” kompleksinin Suriyada yerləşdirilməsinin motivləri anlaşılmazdır. Bir halda ki, İŞİD və “Ən-Nüsrə” Cəbhəsi terror təşkilatlarında aviasiya və ya qanadlı raketlər yoxdur. Hesab edilir ki, Rusiyanın müdafiə kompleksi potensial olaraq ABŞ tərəfindən mümkün təhdidə qarşı dura bilər.
“Antey-2500” hədəfləri 250 kilometrə qədər vura bilir. Müdafiə kompleksindən daha çox rəqibin kiçik təyyarələri və qanadlı raketlərinə qarşı tətbiq edilir. Amma müdafiə kompleksi ortamənzilli ballistik raketləri də vura və rəqibin təyyarələri üçün maneələr yarada bilər.
ABŞ ilə Rusiya arasında Suriya üzrə ikitərəfli təmasların dayandırıldığını xatırladan telekanal hesab edir ki, “Antey-2500” kompleksinin Suriyada yerləşdirilməsi Rusiyanın Bəşər Əsəd rejiminə hərbi dəstəyini davam etdirəcəyinin açıq göstəricisidir.
İnformasiya təsdiqini taparsa, bu, “Antey-2500” müdafiə kompleksinin Rusiya sərhədləri xaricində ilk dəfə yerləşdirilməsi olacaq.
Ömər Dağlı
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər







.webp)




.jpg)



.jpg)















.jpg)
