Dünya
Kitab oxu, pul qazan - Gündə 15 dəqiqə kifayətdir
Sinqapurda kitab oxuma vərdişini artırmaq məqsədilə maraqlı təşəbbüs həyata keçirilib.
Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, ölkədə hər gün ən azı 15 dəqiqə kitab oxuyanlara 1 Sinqapur dolları mükafat verilir.
Proqram çərçivəsində iştirakçılar gündəlik oxu sessiyalarını hökumətin internet saytında qeydiyyata alırlar. 15 dəqiqəlik oxu müddətini tamamlayanlar pul mükafatı əldə edə bilirlər.
Təşəbbüsün əsas məqsədi yalnız mütaliəyə marağı artırmaq deyil. Layihə vasitəsilə insanların konsentrasiya, tənqidi düşünmə və təxəyyül qabiliyyətlərinin inkişaf etdirilməsi də hədəflənir. Sinqapur Milli Kitabxana Şurasının rəhbəri Melissa Tam bildirib ki, davamlı vərdişlər kiçik və əlçatan addımlarla formalaşır.
Bununla yanaşı, Sinqapur hökuməti gənclərin sosial mediada keçirdiyi vaxta gündəlik məhdudiyyət qoyulması variantını da nəzərdən keçirir.
Qeyd edək ki, Sinqapur 15 yaşlı şagirdlərin oxu göstəricilərinə görə 2025-ci il PISA qiymətləndirməsində dünya sıralamasında ilk yerdə qərarlaşıb.
Müəllif: Roza
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
































