Böyük hücum planı: şəhər üç yerə bölünəcək – Türkiyə Osmanlı mirasını qaytarır
Bizi izləyin

Dünya

Böyük hücum planı: şəhər üç yerə bölünəcək – Türkiyə Osmanlı mirasını qaytarır

Türkiyə Mosula hücum üçün böyük əməliyyat planı hazırlayır.

Türkiyə Mosula hücum üçün böyük əməliyyat planı hazırlayır.

Publika.az
xəbər verir ki, Başika düşərgəsindəki Türkiyə hərbiçiləri əməliyyat üçün Şimali İraq Kürd Muxtariyyəti ilə təmaslarını sıxlaşdırıb. Digər tərəfdən, sünni tayfalar və qruplar vasitəsilə Bağdad və ABŞ üzərində təzyiqi artırırlar. Türkiyə sünni tayfalarını təmsil edən Mosulun keçmiş valisi Asil Nucayfi və ona bağlı “Haşdi Vatani” silahlı qrupun üzərindən Mosul əməliyyatına qatılmaq niyyətindədir.

İranın dəstəklədiyi “Haşdi Şabi” güclərinin Mosul əməliyyatına qatılmayacağı deyilsə də, İraq ordusundakı şiələrin çoxluğu sünnilərdə narahatlıq yaradır. İŞİD-in Mosulu ələ keçirməsindən sonra şiələrin müqəddəs yerləri sayılan Kərbəla, Nəcəf üçün təhlükə yaranıb. Şiələr məhz bu faktora görə əməliyyatda iştirak etmək istəyirlər. Sünnilər isə “Haşdi Şabi”nin əməliyyatda iştirakına qarşı çıxır. Buna görə də daha çox peşmərgələrdən dəstək istəyir. Əməliyyatda 10 min peşmərgənin iştirak edəcəyi gözlənilir.

Məlumatlara görə, əməliyyatdan sonra Mosul üç hissəyə bölünəcək. Mosulun şimalında yerləşən yezidi kürdlərin yaşadığı Şengal ayrıca vilayət olacaq. Mosulun şərqi və qərbi kürdlərə veriləcək. Cənub hissəsi isə sünni tayfaların olacaq. Hazırda bu plan üzərində müzakirələr gedir.

Türkiyə isə bütün vasitələrdən istifadə edərək, koalisiya güclərinin həyata keçirəcəyi Mosul əməliyyatında iştirak etmək niyyətindidir.

Ankara bunun üçün bir sıra səbəb irəli sürür.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi yeganə beynəlxalq koalisiya qüvvələri var və Türkiyə bu qüvvələrin tərəfindədir. Türkiyə İŞİD-dən ən çox zərər çəkən ölkələrdəndir.

Başda Lozanna və 1926-cı ildə imzalanan Türkiyə-İraq sərhədinin müəyyənləşdirildiyi Ankara sazişi Türkiyəyə bu əməliyyatda iştirak haqqı verir. Çünki anlaşmada “Mosul və Kərkük torpaqlarına təhlükə yaranacağı halda, veriləcək bütün qərarlarda Türkiyənin söz haqqı tanınacaq” deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm