Dünya
Ərdoğan meydan oxudu: “Gələcəyi varsa, görəcəyi də var”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mosul əməliyyatı ilə əlaqədar şiə milislərə meydan oxuyub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Mosulda 2 milyon sünninin olduğunu deyib.
“Haşdi Şabi” (şiə milisləri -red.) 30 min nəfərlə gələcək” deyirlər. Gələcəyi varsa, görəcəyi də var. Mosulda 2 milyon sünni var. Biz onları Başikada öyrətdik. “Misak-ı Milli”ni anlasaq, Suriya və İraqdakı məsuliyyətimizi də anlayarıq. Əgər bu gün “Mosul üzərində məsuliyyətimiz var, həm masada, həm də əməliyyatlarda olacağıq” deyiriksə, bunun bir səbəbi var. İŞİD Dabıkdan sonra Əl-Baba gedir. Oraya da gedəcəyik. Hava dəyişdi. İndi biz amerikalı dostlarımıza deyirik: “Bizi bu oyuna gətirə bilməzsiniz”, - Ərdoğan bildirib.
Türkiyənin Suriya və İraq torpaqlarında gözü olmadığını deyən prezident 780 min kvadrat kilometr ərazinin onlara kifayət etdiyini qeyd edib. Məzhəb qarşıdurmalarda tərəf olmaq istəmədiyini deyən Ərdoğan həmçinin bildirib ki, ərəb və türkman qardaşlarını bəzilərinə yem etmək istəmirlər.
Ömər Dağlı
-
Hadisə17:17Mingəçevirdəki dəhşətli yanğın belə söndürüldü - VİDEO
-
Sosial16:17Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - VİDEO
-
Hadisə15:46Sosial şəbəkələrdə pornoqrafik xarakterli video yayanlar saxlanıldı
-
Avropa14:58Limanda əməliyyat - 350 kq kokain aşkarlandı(FOTO)
-
Magazin214:14Qocalmaq bilməyən Monika Belluççi yeni reklamda - FOTO
-
İdman14:03Bakıda yeni futbol klubu yaradıldı
-
İdman13:23Mourinyodan Arda şərhi: "Meydana daxil olanda fərq yaratdı!"
-
Ekologiya12:29Sabahın hava proqnozu açıqlandı




































