İdman
İkardi yenə “yox” cavabı aldı: “Latsio” da istəmədi
“Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılan Mauro İkardi “Latsio”ya təklif edilib. Lakin argentinalı hücumçu üçün qapılar bir daha bağlanıb.
Publika.az xəbər verir ki, İtaliyalı jurnalist Damiano Er Fainanın iddiasına görə, azad agent statusunda olan argentinalı futbolçunun agenti onu İtaliyanın “Latsio” klubuna təklif edib.
Lakin “Latsio”nun baş məşqçisi Cennaro Qattuzo İkardi ilə bağlı hələ qərarını verməyib və taktiki gözləntilərinə görə transferə hazırda isti yanaşmır.
Qattuzo yalnız cərimə meydançasında effektiv olan bitirici deyil, həm də geridən oyun qurulmasına kömək edə bilən, pressinqdə yüksək fəallıq göstərən və komplekt hücumçu axtarır. İkardinin karyerasını yüksək qiymətləndirsə də, onun oyun sisteminə tam uyğun gəlməyəcəyini düşündüyü üçün tərəddüd edir.
Mauro İkardinin yüksək maaş tələbi də transferin qarşısını alan əsas amillərdən biridir. “Latsio” ilə razılıq əldə olunmasa, argentinalı hücumçu karyerasında daha bir məyusluq yaşayacaq.
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa10 Noyabr 20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?




















.png)



.jpg)
.jpg)










