“Ərdoğanı öz kuklası ilə dəyişdirmək istəyirdi” – Putinin adamından ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Ərdoğanı öz kuklası ilə dəyişdirmək istəyirdi” – Putinin adamından ŞOK İDDİA

“Türkiyədəki hərbi çevriliş cəhdi yalnız Türkiyənin siyasi məsələsi deyildir, geopolitik bir məsələdir”.

“Türkiyədəki hərbi çevriliş cəhdi yalnız Türkiyənin siyasi məsələsi deyildir, geopolitik bir məsələdir”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin “Aydınlık” nəşrinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin bildirib.

Onun sözlərinə görə, Ərdoğanı devirməyə, Türkiyədə vətəndaş müharibəsinin başlanmasına çalışan Fəthullahçı Terror Təşkilatının (FETÖ) arxasında çox böyük bir oyunçu, ciddi bir geopolitik güc var. Duqin FETÖ-nün mərkəzinin ABŞ-da yerləşdiyini, arxasında isə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) olduğunu deyib.

“Bu çevriliş cəhdi ABŞ-ın Ərdoğana qarşı müharibə elanı idi. Fətullah Gülənin ekstradisiyası tələb ediləndə isə bu mövzu daha da dəqiqləşdi, çünki tələb rədd edildi. Çevriliş cəhdinin Amerikanın Ərdoğan və Türkiyəyə qarşı hərəkəti olduğu artıq çox açıqdır”, - Putinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ABŞ Ərdoğandan məmnun deyil və onu öz kuklası ilə dəyişdirmək istəyirdi: “Bu kukla ABŞ-ın Yaxın Şərq siyasətini Ərdoğandan fərqli həyata keçirəcəkdi. Çevriliş cəhdinin arxasındakı əsl strategiyanı yalnız türk kəşfiyyatına söykənərək aça bilmərik. Çünki, NATO üzvü olan Türkiyədə Amerika agentləri at oynadır. Ankara çevriliş cəhdinin əsl səbəblərini tapmaq üçün digər böyük geopolitik gücə ehtiyac duyur. ABŞ həm içəridə, həm də xaricdə fəaliyyət göstərən şəbəkələri vasitəsilə istintaqı yayındıra bilər. ABŞ-ın təsirinə qarşı tarazlıq yarada biləcək tək güc Rusiyadır”.

O, FETÖ-nün Rusiyada, Türkiyədə və digər ölkələrdə atəş altında olduğunu, amerikalıların ondan gələcəkdə ciddi olaraq istifadə edəcəyini düşünmədiyini bildirib: “FETÖ vəzifəsini çoxdan tamamlamış çox əhəmiyyətli bir amerikameylli terror təşkilatı idi. Ərdoğanı devirməyə çalışdılar və müvəffəqiyyətsiz oldular”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm