İdman
“Qızıl top”la bağlı “həlledici” termini tətbiq olundu
“Qızıl top” mükafatının təşkilatçıları səsvermə prosesində iştirak edən jurnalistlər üçün yenilənmiş meyarları dərc ediblər.
Publika.az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb.
Təşkilatçıların açıqlamasında deyilir: “Hər bir seçici favoritlərini müəyyən edilmiş üç meyar əsasında müəyyən edir: fərdi və həlledici performans, komanda nailiyyətləri və qazanılan kuboklar, eləcə də həm meydanda, həm də meydandan kənarda davranış və ədalətli oyun prinsiplərinə riayət etmək”.
Beləliklə, əvvəlki illərlə müqayisədə “həlledici” termini tətbiq olunub. Bu o deməkdir ki, oyunçunun əsas matçlardakı performansı əsas meyar olacaq.
2026-cı ildə “Qızıl top” mükafatı 70-ci dəfə təqdim olunacaq. Bu il mükafat Parisdə deyil, Londonda ilk “Qızıl top” qalibi Stenli Mettyusun xatirəsinə həsr olunacaq. Mərasim 26 oktyabrda keçiriləcək.
2026-cı il “Qızıl top” mükafatına namizədlərin siyahısı 8 sentyabrda açıqlanacaq.
-
Avropa07:47Bu adada 8,5 milyon illik kərgədan kəlləsi tapıldı
-
Magazin106:16Nübar bu kanalda çalışacaq
-
Art05:45Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Avropa05:15Ukraynanın dövlət borcu yeni rekord həddə çatdı
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
































