İqtisadi gündəm
Azərbaycanda yeni qayda qüvvəyə mindi - Detallar
Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib.
Publika.az xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilən müvafiq qanun sentyabrın 5-dən qüvvəyə minib.
Qanuna əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan mallar ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər – uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməlidir.
Bununla əlaqədar Gömrük Məcəlləsinin həm gömrük orqanlarının hüquqlarını, həm də gömrük nəzarətinin formalarını müəyyən edən maddələrinə dəyişiklik ediləcək. Dəyişikliklər gömrük əməkdaşlarına idxal olunan malların qeyd olunan uyğunluq sənədləri ilə müşayiət olunmasını yoxlamaq səlahiyyəti verəcək.
"Texniki tənzimləmə haqqında" qanunun tələblərinə görə texniki reqlamentlərə uyğun olmayan və ya uyğunluğu qiymətləndirilməmiş məhsulların istehsalı, satışı, idxalı və istifadəsi qadağandır.
Qanunun məqsədi texniki reqlamentlərin tələblərinə cavab verməyən və təhlükəli hesab olunan qeyri-qida istehlak mallarının ölkəyə gətirilməsinin qarşısını almaq, idxal nəzarəti mexanizmini təkmilləşdirmək və istehlakçıların təhlükəsizliyini artırmaqdır.
Yeni qaydalar yerli və xarici mənşəli məhsullar üçün eyni tələblərin tətbiqini təmin edəcək, rəqabət mühitinin qorunmasına və yerli istehsalın dəstəklənməsinə xidmət edəcək. Eyni zamanda insanların həyatı və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlət maraqlarına təhlükə yarada biləcək məhsulların idxalının qarşısı alınacaq.
Qanunda qeyri-qida mallarının idxalı ilə məşğul olan sahibkarların yeni tələblərə uyğunlaşması üçün 24 aylıq keçid dövrü də nəzərdə tutulub. Dəyişikliklər texniki reqlamentlər və istinad edilmiş standartlar qüvvəyə mindikdən 2 il sonra idxal olunan mallara şamil ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 6-da imzaladığı bu qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərman da sentyabrın 5-də qüvvəyə minib. (Trend)
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR











.jpg)





.jpg)






















