Dünya
Trampın Qüds qərarının arxasından qumarxanalar sahibi çıxdı - ŞOK İDDİA
Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarının arxasında amerikalı məşhur qumarxanalar şəbəkəsinin sahibi olan Şeldon Adelson dayanır.
Publika.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.
Nəşrin yazdığına görə, Tramp prezident seçkisi kampaniyası zamanı yəhudi lobbisinin liderlərinə Qüdsün İsrailin paytaxtı kimi tanıyacağına söz verib. “Nyu-York Tayms” Şeldon Adelson Trampdan belə bir vəd aldığını və bu vədi Amerika Sionist Təşkilatının prezidenti Morton Kleinə çatdırdığını yazıb.
İddiaya görə, Adelson Trampın seçki kampaniyasına 20 milyon dollar ianə bağışlayb. Eyni zamanda, onun keçmiş dövlət katibi Hillari Klinton seçki kampaniyasının əleyhinə xərclənməsi üçün 25 milyon dollar ayırıb.
Donald Tramp 2016-cı ilin mart ayında ABŞ-ın ən güclü lobbiçilik qrupu hesab olunan Amerika İctimaiyyətlə Əlaqələr təşkilatında çıxışı zamanı Təl-Əvivdəki Amerika səfirliyinin “yəhudi xalqının əbədi paytaxtı” Qüdsə köçürəcəyinə dair söz verib.
Nəşrin xəbərinə görə, Tramp yəhudi kürəkəni Cared Kuşner Vaşinqtonun Yaxın Şərq ölkələri ilə münasibətlərini düzəltmədən səfirliyin Qüdsə köçürülməsinin təhlükəli olduğunu bildirib. Bu, Adelson və digər İsrail tərəfdarlarını qəzəbləndirib. Adelson oktyabr ayında Ağ Evdə bir axşam yeməyində bu mövzunu yenidən gündəmə gətirib. Axşam yeməyində Kuşner və Ağ Evin keçmiş baş strateqi Stefan Bannon da iştirak edirdi. Bannon da səfirliyin Qüdsə köçürülməsini dəstəkləyirdi.
Yəhudi lobbisi ilə yanaşı, ölkədəki evanqelist xristian qrupların da Qüds məsələsi ilə bağlı Trampa təzyiq göstərdiyi bildirilir. Çünki evanqelist xristianlar Məsihin geri dönməsi üçün Qüdsün İsrailin hakimiyyəti altında olmasına inanırlar.
Nəhayət, Donald Tramp onun president seçilməsinə dəstək verənlərin yanında dayanaraq Qüdsü İsrailin paytaxtı kimi tanıyır.
“Nyu-York Tayms” yazır ki, ABŞ-ın dövlət katibi Reks Tillerson və ABŞ-ın müdafiə naziri Ceyms Mettis Trampın qərarına qarşı çıxıb.
Ömər Dağlı
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır




























.jpg)

.jpg)