Dünya
“Ən qəddar və qanlı...” – Ərdoğandan böyük MÜHARİBƏ ANONSU
“Qarşımızda iki yol var: ya boyun əyəcəyik, ya da mücadilə edəcəyik. Biz mücadiləni seçdik”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin Karaman vilayəti üzrə bölməsinin qurultayında deyib.
Ölkə başçısı Türkiyə sərhədlərinin terrorçulardan təmizlənəcəyini vurğulayıb: “Afrini, Münbiçi, Tel-Abyadı, Rasulaynı, Kamışlını terrorçulardan təmizləyəcəyik. Şəmdinlidən Yayla dağına qədər bütün sərhədlərimizi terrorçulardan təmizləyəcəyik. Sərhədimizdə terror yuvalarının olmasına icazə verməyəcəyik”.
Ərdoğanın sözlərinə görə, bəzi beynəlxalq qüvvələr Türkiyənin də yerləşdiyi qədim coğrafiyanı yenidən dizayn etmək istəyirlər. Türkiyə prezidenti bir sıra yerli qüvvələrin də buna dəstək verdiyini vurğulayıb.
“Terror təşkilatları bu oyunun ən qəddar, ən qanlı və ən əxlaqsız alətləridir. Bu oyunu gördük və ifşa etdik. Bununla kifayətlənmədik, bu oyunu pozmaq üçün addımları bir-bir atırıq”, - Türkiyə lideri sözləyib.
Ömər Dağlı
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO





























.jpg)

.jpg)