Dünya
Obama “Hizbullah”ın narkotik ticarətinə niyə göz yumdu? - ŞOK İDDİA
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası “Hizbullah” təşkilatı ilə başladılan narkotiklərin qaçaqmalçılığı üzrə araşdırmanı bağlayıb.
Publika.az xəbər verir ki, bun haqda “New York Post” nəşri bildirib.
“Kassandra layihəsi” kampaniyası 2008-ci ildə “Hizbullah”ın çirkli pulların yuyulması, narkotik və silah ticarəti ilə məşğul olması, həmçinin başqa cinayətkar hərəkətlərdə iştirakı ilə bağlı sübutların aşkar edilməsindən sonra başlanmışdı. İddiaya görə, təşkilat bu yollarla hər il milyard dollara yaxın pul qazanırdı.
Narkotiklərlə mübarizə üzrə İdarənin əməkdaşları təxminən on il müddətində bu iş üzərində işləyərək cinayətkar şəbəkələrin xəritəsini, həmçinin çirkli pulların yuyulması sxemini təşkil etməyi bacarıblar.
Ancaq keçmiş Amerika liderinin administrasiyası bu işi Tehranın nüvə sazişindən imtina etməməsi naminə bağlamağa qərar verib. Xüsusi halda, Amerika hakimiyyəti əlavə maliyyələşmə ayırmır və şübhəlilər barəsində cinayət işlərinin qaldırılması üzrə sorğuları rədd edirdi.
Qeyd edək ki, İranın atom proqramının çoxillik probleminin nizama salınması haqqında razılaşma 2015-ci il iyulun 14-də İranla beynəlxalq vasitəçilərin yer aldığı “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya –red.) arasında imzalanıb. Razılaşmaya əsasən, Birgə hərtərəfli iş Planı qəbul edilib. 2016-cı il yanvarın 16-dan qüvvəyə minən planın icrası BMT, ABŞ və Avropa İttifaqı tərəfindən İrana qarşı qəbul edilən maliyyə və iqtisadi sanksiyaların ləğvini nəzərdə tuturdu.
Ömər Dağlı
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO

































.jpg)


