Dünya
"Mehmetcik" şəhər döyüşlərinə BAŞLAYIR - "Zeytun budağı"nda YENİ MƏRHƏLƏ
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında strateji nöqtə olan Burseya dağını ələ keçirməklə önəmli bir əngəli aşdı.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Mehmetcik" və ASO əməliyyatın 10-cu günündə ilk səhər döyüşünə başlayacaq.
Burseya dağının ələ keçirilməsi ilə Raco, Cinderes və Şeyx Hadid başda olmaqla, PYD/PKK-nın işğalı altında olan dağlıq ərazilərin də terrorçulardan təmizlənməsi üçün yol açılıb. "Mehmetcik" və ASO həmçinin, bu gün Afrinin Hatay tərəfindəki qərb cəbhəsindən hərəkətə keçəcək.
Dünən qırıcı təyyarələr Raco və Cinderes bölgələrində terror təşkilatına aid sığınacaq və mövqeləri bombardman edib. Kəşfiyyat əməliyyatları isə hələ də davam edir. Cinderes Afrin şəhərinə gedən yolda düz vadi olduğundan “Zeytun budağı” əməliyyatının uğurla tamamlanması üçün böyük önəm daşıyır. Qarşıdakı günlərdə Bülbül yaşayış məntəqəsinin ələ keçirilməsi ilə terror təşkilatı sərhəd xəttindəki bütün nöqtələri itirmiş olacaq.
Qeyd edək ki, hərəkat çərçivəsində son əməliyyat Afrin şəhərinin mərkəzinə yönəldiləcək.
Zümrüd
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi































.jpg)
.jpg)
