Dünya
ABŞ-Türkiyə döyüşü QAÇILMAZ OLDU - Vaşinqtondan müharibə elanı kimi BƏYANAT
Ankara ABŞ-dan YPG-li terrorçuların (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu -red.) işğalı etdiyi Suriyanın Münbic bölgəsindən əsgərlərini çəkməyi istəsə də, Vaşinqton mövqeyini dəyişmək niyyətində deyil.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın Mərkəzi Komandanlığının rəisi, general (CENTCOM) Cozef Votel CNN telekanalına açıqlamasında bildirib.
Ankaranın tələbinə mənfi cavab verən ABŞ Fərat çayının qərbində yerləşən şəhərdə (Fərat çayı Ankara üçün “qırmızı xətt” hesab olunur - red.) YPG ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. Jozef Votel Münbicdən çəkilməyi düşünmədiklərini söyləyib.
YPG Türkiyə sərhədinin təxminən 40 kilometrliyində yerləşən Münbicdə 2016-ci ilin yazında yerləşib.
Qeyd edək ki, Türkiyə Afrindən sonra Münbicdə əməliyyat həyata keçirmək niyyətini ifadə edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Suriyanın şimalında yeni geniş hərbi əməliyyatlara, hətta Münbic və Rakka şəhərlərini öz nəzarət zonasına daxil etməyə hazırlaşır.
Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu isə ötən həftənin şənbə günü Vaşiqntondan terror təşkilatı ilə əlaqələrinə son qoymağı istəyib.
“ABŞ bir terror təşkilatı ilə bağları qoparmalıdır. ABŞ təşkilata silahların çatdırılmasına son qoymalı və verdiyi silahları toplamalıdır. Münbiçdən də dərhal çəkilməlidir”, - Türkiyə xarici siyasət idarəsinin başçısı söyləyib.
Qeyd edək ki, Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirirlər.
Moskvada yerləşən Yaxın Şərq İnstitutunun əməkaşı Konstantin Truyevtsevin fikrincə, ABŞ artıq Türkiyəni itirib.
“ABŞ Türkiyənin etibarını dəfələrlə itirib. Türkiyə Münbiçə doğru hərəkətə keçəcəksə, ABŞ-la birbaşa üz-üzə qalacaq. ABŞ bu nöqtədə imic itkisi ilə üzləşəcək və buna görə Türkiyənin düşmənlərinə daha çox silah yardımı edəcək. Bu isə vəziyyəti daha da pisləşdirəcək”, - deyə o bildirib.
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, “Soufan Group” adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan isə “Nyu York Tayms” nəşrinə deyib ki, ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq.
Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir.
“Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq”, - o bildirib.
Ömər Dağlı
-
Dünya10:44
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
-
Sosial10:25
Şəhid ailələri ilə bağlı daha bir QƏRAR
-
Sosial09:54
Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
-
MDB09:12
Rusiya paytaxtı vurdu: qurbanlar var
-
Magazin108:12
Xalq artistinin cavanlıq sirri
-
Səhiyyə08:00
Xərçənglə bağlı DƏHŞƏTLİ FAKTLAR
-
Gözəllik07:47
Qırışlara qarşı 8 əsas məhsul - Dəri gəncliyinin SİRRİ AÇILDI
-
Sosial07:17
Bu gün qar yağacaq - PROQNOZ