Dünya
“Onlar vuruşmaqdan qorxurlar” - Jirinovski müharibəni SEÇDİ
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilmiş “Kreml məruzəsi”ni iyrənc adlandırıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, rusiyalı siyasətçi bu haqda mətbuat konfransında deyib.
“Belə məruzələr iyrəncdir. Bizi Avroviziyaya və Olimpiya oyunlarına buraxmırlar, məruzələr dərc edirlər, sanksiyalar tətbiq edirlər, jurnalistləri saxlayırlar, sahibkarları həbs edirlər, deputatları buraxmırlar və sair. Bunların hamısı alçaltmaqdır. Bir il müharibə otuz il alçalmadan daha yaxşıdır. Onlar vuruşmaqdan qorxurlar, ona görə də belə edirlər”, - Jirinovski bildirib.
O əlavə edib ki, ABŞ hakimiyyətinin hərəkətləri təzyiqin yumşaq formasıdır.
Partiya sədri qeyd edib ki, ABŞ hakimiyyətdən narazı olan vətəndaşların əhval-ruhiyyələrindən istifadə edirlər.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib. Bu haqda ABŞ Maliyyə Nazirliyinin xəbərində deyilir.
Siyahıda 96 Rusiya biznesmenin və 114 siyasətçinin adı var.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
































.jpg)


