Dünya
İsraildən müharibə SİQNALI: “Bütün şəhər sığınacaqlarda olacaq”
İsrailin baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə görüşündə “İran Livanı yüksək dəqiqlikli raketlərin istehsalı obyektinə çevirmək istəyir və bu təhdidi qəbul edə bilmərik” deməsinin ardınca müdafiə naziri Aviqdor Liberman Livanla yeni bir müharibə siqnalı verdi.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, bütün Beyrutun sığınacaqlarda olacağını bildirib.
“Müharibə başlayarsa, İsrail əsgərləri Livan torpaqlarının dərinliklərinə enməlidir. Kimsə macəra arxasınca qaçmır. Məqsədimiz işi mümkün qədər tez və dəqiq bitirməkdir. Təəssüf ki, Yaxın Şərqdəki bütün münaqişələrdə görünən budur ki, əsgərlər sahəyə enmədən bitmir. Belə əməliyyatlar üçün böyük səy göstərmək və təəssüf ki, insan itkisi vermək lazımdır. Bütün variantlar açıqdır. İstifadə etməsək belə, manevrlərin seçimi üçün hazır olmalıyıq”, - İsrailin müdafiə naziri deyib.
Mümkün qədər tez irəliləyəcəklərini deyən nazir hər şeyin 2006-cı ildən fərqli olacağını söyləyib:
“İkinci Livan müharibəsində olduğu kimi Beyrut sakinlərinin çimərlikdə günəş vannası qəbul edərkən Təl-Aviv sakinlərinin sığınacaqlara enməsi görüntülərini görməyəcəyik. İsraildəkilər sığınacaqlarda oturursa, növbəti müharibədə bütün Beyrut sığınacaqlarda olacaq”.
İsrail ordusuna görə “Hizbullah” Livanın cənubunda İsrail sərhədi boyunca yerləşən 240 kəndi hərbi qarşıdurma başlayacağı halda, müharibə zonası olaraq müəyyən edib. 2006-cı ildə İsrailə göstərdiyi müqavimətlə dünyanı heyrərləndirən “Hizbullah” o zamandan bəri Yaxın Şərqin yalnız hərbi deyil, həm də siyasi baxımdan ən güclü təşkilatlarından birinə çevrilib.
Ömər
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

















.jpg)

















