Dünya
“Yeni müharibə meydanı yaranır, MDB ölkələri...” – Moskvadan QORXUNC XƏBƏRDARLIQ
Moskva İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum etməyə başlayacağı anda yatıb qalmamağa çağırır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyi ikinci Asiya şöbəsinin direktoru Zamir Kabulov “Rossiya 24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum ssenarisinin reallaşma təhlükəsi artıb. Rusiyalı diplomat vurğulayıb ki, İŞİD Əfqanıstana amerikalılara qarşı cihad üçün gəlməyib.
“İŞİD bu ölkəyə Məkəzi Asiyaya sonrakı ekspansiya üçün müharibə meydanı yaratmaq üçün gəlib. Bu, çox ciddi məsələdir. Mən demirəm ki, onlar artıq Mərkəzi Asiyaya hücum edirlər, onlar buna hazırlaşırlar. Əgər biz bu anda yatıb qalacağıqsa, onda həqiqətən Amudərya və Pyanj çayları üzrə sərhəddə MDB və KTMT-dəki müttəfiqlərimizlə böyük gücdən istifadə etməli olacağıq”, - o bildirib.
Daha əvvəl İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib ki, Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir.
“Qərb gücləri İŞİD-i dəstəkləyərək onun İraq və Suriyada məğlub olmamasına çalışırdılar. Amma bu ölkələrdə İŞİD-in məğlubiyyətindən sonra terror qruplaşmasının üzvlərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirirlər”, - o deyib.
Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraq və Suriyada aldığı hərbi məğlubiyyətlər cihadçıları taktikanı dəyişdirməyə məcbur edir. Qiymətləndirmələrə görə, yaxın perspektiv üçün terrorçuların bazası Əfqanıstana yerini dəyişə bilər. Hakimiyyətin radikalların öhdəsindən gələ bilmədiyi bu ölkədə terrorçuların fəaliyyəti üçün münbit şərait var.
Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə, Rusiya üçün təhlükə təşkil edir. Yeni ərazilərdə terrorçuların kontingentinin bir hissəsini etnik özbəklər təşkil edirlər. Mərkəzi Asiyadan gəlmələr 2017-ci ildə dəfələrlə Rusiyada terror aktlarına hazırlıqda ittiham olunaraq saxlanılıb.
Yaxın Şərq və Afrika üzrə rusiyalı ekspert Qriqoriy Lukyanov bildirib ki, postsovet məkanına coğrafi baxımdan yaxın olan Əfqanıstan İŞİD-in sağ qalmağı bacaran hissəsinin əsas mərkəzinə çevrilir.
“Bu ölkədə çıxılmaz vəziyyət yaranıb. Nə hakimiyyət, nə də Taliban onların rəqibi olan İŞİD-in öhdəsindən gəlmək üçün resurslara malikdir. “Xilafət”in tərəfdarları ölkənin müxtəlif hissələrində narkotrafik və qaçaqmalçılıq axınları üzərində nəzarəti təmin ediblər. Yaxın perspektivdə Əfqanıstanda İŞİD-i həm hərbi, həm də iqtisadi nöqteyi-nəzərdən heç nə hədələmir. Suriya və İraqda məğlub olan bəzi cihadçılar bu qruplaşmaya qoşula bilərlər”, - Lukyanov qeyd edib.
Əfqanıstanda möhkəmlənmiş İŞİD bölməsi üçün cihadın beynəlmiləlləşdirilməsi - etnik müxtəliflik və kənardan könüllülərin kütləvi cəlb edilməsi tipikdir. Tayfa əlamətləri ortaya çıxdığı üçün Taliban hərəkatında tez-tez parçalanmalar baş verir. Bu, İŞİD üçün xarakterik deyil. Təhlükəli tendensiya ondan ibarətdir ki, İŞİD-də mühüm yer tutan əfqan özbəkləri və taciklərin soydaşları keçmiş SSRİ ərazisində yaşayırlar. Bu kanal vasitəsilə “xilafət” tərəfdarlarının təsirinin Rusiyaya qədər uzana biləcəyi ilə bağlı təhlükə var.
İŞİD-in İraq və Suriyadan Mərkəzi Asiyaya “köçməsi” isə regiona yaxın olan Azərbaycan üçün də təhlükənin olduğunu deməyə əsas verir.
Ömər Dağlı
-
Region12:50
Məşhur futbolçu Gürcüstan prezidenti ola bilər - FOTO
-
Hadisə12:13
Zümrüd Yağmur axtarışa verildi
-
İdman11:52
Ayrıldıqdan sonra daha yaxşı oynayır: Ulduz futbolçunun həyatını "zəhərləyən" gözəl kimdir? - FOTOLAR
-
Maraq dünyası11:40
Bu iki bürcdən olan insanlar qeyri-adi qüvvəyə malikdir
-
Dünya10:44
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
-
Sosial10:25
Şəhid ailələri ilə bağlı daha bir QƏRAR
-
Sosial09:54
Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
-
MDB09:12
Rusiya paytaxtı vurdu: qurbanlar var