Dünya
Pxenyan geri çəkildi - Nüvə silahından bu şərtlə imtina edəcək
Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadasının denuklearizasiyası üzərində işləmək arzusunu ifadə edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya prezidentinin administrasiyasının xəbərində deyilir.
Xəbərə görə, Pxenyan hətta Cənubi Koreyaya qarşı silahların adi növlərindən istifadə etmək niyyətində deyil. Şimali Koreyanın təklifi Cənubi Koreyanın hökumət nümayəndə heyətinin Pxenyana ikigünlük səfərində - çərşənbə axşamı səsləndirilib.
Məlumata görə, Pxenyan nüvə silahından imtina qarşılığında ABŞ-dan ölkədəki rejimin təhlükəsizliyinin təmin olunmasını istəyib.
“Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasının denuklearizasiyasına sədaqətini aydın şəkildə təsdiq etdi və bildirdi ki, hərbi təhdid olmadığı və rejim üçün təhlükəsizlik zəmanətləri verildiyi halda nüvə silahlanması olmayacaq”, - xəbərdə qeyd edilib.
Ömər Dağlı
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü
-
Magazin200:45Kıvanç Tatlıtuğun evində bədbəxt hadisə: Xidmətçi damdan yıxıldı, reanimasiyaya yerləşdirildi
-
Magazin213 Sentyabr 21:45"Kurtlar Vadisi"nin ssenaristləri polisə çağırıldı
-
ABŞ13 Sentyabr 20:32Tramp İran neftinə əl qoymaqdan danışdı: Venesuela kimi...
-
Magazin113 Sentyabr 19:51Komaya düşən Əməkdar artistin vəziyyəti ağırlaşdı
-
Hadisə13 Sentyabr 17:17Mingəçevirdəki dəhşətli yanğın belə söndürüldü - VİDEO
-
Sosial13 Sentyabr 16:17Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - VİDEO







.webp)























