Dünya
Moskva ABŞ-ın dəhşətli planını AÇIQLADI
Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Şərq Quta bölgəsində xlor tərkibli kimyəvi maddə “An-Nüsra” Cəbhəsi terror qruplaşmasının döyüşçüləri tərəfindən tətbiq edilib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.
Olun sözlərinə görə, terrorçular martın 5-də kimyəvi maddə tətbiq ediblər və nəticədə 30 dinc sakin zərər çəkib. Rusiyalı diplomat bildirib ki, bu, suveren Suriyaya qarşı birtərəfli güc tətbiqinə əsaslar yaratmaq üçün edilir.
Qeyd edək ki, iclasda daha əvvəl çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Birləşmiş Ştatlar Suriya üzrə yeni hərbi hərəkətlərə hazır olduğunu bildirib.
Martın başlanğıcında Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Qərb Suriyaya zərbələrin endirilməsi üçün səbəb kimi kimyəvi silahın tətbiqi mövzusundan istifadə edir. Rəsmi Dəməşq dəfələrlə vurğulayıb ki, ölkədə kimyəvi silahın bütün ehtiyatları məhv edilib.
Həmçinin, Suriyanın Xarici İşlər Nazirliyi bildirib ki, Şərq Qutada döyüşçülər Dəməşqi ittiham etmək üçün kimyəvi hücumu səhnələşdirmək niyyətindədir.
Ömər Dağlı
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
-
Magazin24 İyul 22:00CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
-
Sosial4 İyul 21:36Xanım deputata ağır itki üz verdi
-
Sosial4 İyul 21:24Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə deyib ki...


























.jpg)





