Dünya
Rusiya ilə müharibə ssenariləri hazırlanır – Amerikalı general SİRRİ AÇDI
“Rusiya Avropada Amerika güclərinin qarşılaşdığı əsas təhlükədir”.
Publika.az xəbər verir ki, bunu NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti “National Interest” nəşrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi stabilliyi pozmağa davam edir və İkinci Dünya müharibəsindən sonra Avropada sülhü təmin edən beynəlxalq hüququn normalarına məhəl qoymur.
General təsdiq edib ki, Amerika hərbçiləri Avropa dövlətlərinin Rusiyanın təcavüzündən müdafiəsi üzrə müxtəlif variantlar və hərbi əks-təsir ssenarilərinin hazırlanması ilə məşğul olur. O, həmçinin vurğulayıb ki, Rusiya təhlükəsi Avropa məkanının çərçivəsindən kənara çıxır.
“Rusiya Yaxın Şərqə təsir göstərir. Onun Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi Bəşər Əsəd rejimini gücləndirdi və İrana regionunda öz təsirini gücləndirməyə imkan verdi. Rusiya tərəfi İranla əməkdaşlığı möhkəmləndirir, Səudiyyə Ərəbistanı, Misir, Liviya və Kiprdə öz təsirini genişləndirərək Yaxın Şərq dövlətlərinə fəal yardım göstərir. Belə səylər regional dinamikanın dəyişməsinə aparır, həmçinin İsrail və ABŞ-ın regiondakı maraqlarının təhlükəsizliyində təsir edir”, - Skaparotti deyib.
O əlavə edib ki, Rusiya yaranmış dünya nizamını öz xeyrinə dəyişdirməyə çalışır.
Daha əvvəl Amerika Konqresi nazirliklərə “Rusiya təhlükəsi”nə qarşı strategiyanı hazırlamaq barədə tapşırıq verib.
Ömər Dağlı
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
-
Magazin24 İyul 22:00CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
-
Sosial4 İyul 21:36Xanım deputata ağır itki üz verdi
-
Sosial4 İyul 21:24Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə deyib ki...



























.jpg)





