Dünya
Türkiyənin beynəlxalq sulara çıxışı bağlandı – Qardaş ölkə yeni cəbhədə MÜHARİBƏYƏ BAŞLAYIR
Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib.
Publika.az Türkiyənin “Vətən” nəşrinə istinadən xəbər verir ki, Şərqi Aralıq dənizində istədiyini əldə edə bilməyən Yunanıstan yeni və təhrikedici hücumu Egey dənizində etmək niyyətindədir.
Afina ötən həftə 6 mart-30 aprel tarixlərində Egey dənizində real sursatlarla hərbi təlimlər keçirəcəyini açıqladı. Yunanıstanın açıqlamasına görə, təlimlər üçün Çanaqqala boğazı, Çeşmə, Quşadası, Fethiye və Kaşın qarşısındakı bölgələr seçilib. Beləliklə, Türkiyə gəmilərinin beynəlxalq sulara çıxışı uzun müddət bağlanmış olacaq.
Təqaüddə olan Dəniz Qərargahı polkovniki və XXI əsr Türkiyə İnstitutunun başçısı Cahit Armağan Dilək hesab edir ki, Afinanın bu addımını siyasi mesaj kimi qiymətləndirmək lazımdır: “Yunanıstan təbii qaz axtarışı ilə bağlı qarşı-qarşıya gəldiyi Türkiyənin diqqətini Şərqi Aralıq dənizindən Egeye çəkməyə çalışır. Yunanıstan müdafiə naziri “Böyük bir qarşıdurmaya çox yaxınıq” deməklə hərbi qarşıdurmadan danışır. Yunanıstan tərəfi belə bir münaqişəyə hazırdır. Egeydəki 18 ada və adacıqlarla birlikdə yunan işğalı altında olan 152 nöqtə var. Beynəlxalq sularda böyük əhəmiyyət daşıyan Saqqız adasının cənubu, Midillinin şimalı və cənubu, Çeşmə və Çanaqqala boğazlarının açıq dənizə çıxışı bağlanıb. Eyni vaxtda 4-5 çıxışı bağlamaq yaxşı niyyətli yanaşma deyil. Yunanıstan təxribatçı mövqe sərgiləyir. Türkiyənin Egey dənizindən beynəlxalq sulara çıxış yollarının bağlandığını görürük”.
“Vətən” nəşrinə görə, yunan ordusunun ardınca Türkiyə Silahlı Qüvvələri 7 mart-30 aprel tarixlərində Egeydə real sursatlarla hərbi təlimlər keçirəcəyini bəyan etdi. Afina isə yunan ordusunin təlimləri ilə eyni vaxtda keçirilən təlimləri “təxribat” adlandırıb.
Ömər Dağlı
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
-
Magazin24 İyul 22:00CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
-
Sosial4 İyul 21:36Xanım deputata ağır itki üz verdi
-
Sosial4 İyul 21:24Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə deyib ki...


























.jpg)





