Dünya
Çavuşoğlu Moskvadan ABŞ-ı hədələdi: “Güləni bizə verməsəniz…”
“İncirlik Türkiyənin bazasıdır, bu, NATO-nun bazası deyil və amerikalıların orada olması türk xalqının iradəsindən asılıdır”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələriylə görüş zamanı Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.
“Maraqlıdır ki, son zamanlar ABŞ YPG qruplaşmasına silah çatdırır. Həmçinin ABŞ Fəthullah Gülən və onun tərəfdarlarını Türkiyəyə vermir. Biz amerikalı həmkarlarımızla açıq danışdıq: əgər siz onları bizə verməsəniz, onda xalq tələb edir ki, sizin bazanızı bağlayaq”, - Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı əlavə etdi.
Daha əvvəl “Wall Street Journal” qəzeti İncirlik təyyarə bazasından Amerika döyüş təyyarələrinin əməliyyatlarının dayandırıldığı barədə yazıb. Nəşrin versiyasına görə, bu, Ankara və Vaşinqtonun münasibətlərindəki gərginliklə bağlıdır. Nəşrin ABŞ hərbi komandanlığındakı mənbəyinin sözlərinə görə, Amerika qoşunları türk hərbi bazasını qəti tərk edə bilər.
Ömər Dağlı
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi






























.jpg)


