Dünya
Yeni müharibənin tarixi açıqlandı - 7 aylıq danışıqların DETALLARI
Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqların bəzi detalları məlum olub.
Publika.az “Habertürk” nəşrinə istinadən xəbər verir ki, 7 aydır davam edən danışıqlarda Sincardakı 7 və Mahmur bölgəsindəki bir düşərgəyə qarşı əməliyyatın keçirilməsi qərarlaşdırılıb.
İyun ayında keçirilməsi planlaşdırılan əməliyyat iki ölkənin ilk birgə əməliyyatı olacaq.
2014-cü ilin iyununda İŞİD terror təşkilatı Mosul və ətraf ərazini nəzarətə almasından sonra PKK silahlı gücünün bir hissəsini Mosulun qərbində və Suriya sərhədində yerləşən Sincara daşıdı. Türkiyə PKK mövzusunda Bağdadı 14 dəfə xəbərdar etsə də, Heydər İbadinin rəhbərlik etdiyi İraq hökuməti 2017-ci ilin oktyabr ayına qədər səssiz qalmış, hətta PKK-nın bölgədəki silahlı qruplarına maliyyə və hərbi dəstək göstərmişdi. Lakin Ankaranın PKK-ya qarşı əməliyyat mövzusunda qərarlı olduğunu görən Bağdad problemin həlli üçün danışıqlara başlamağa məcbur olub.
Ankara ilə Bağdad arasında 7 görüşün keçirildiyi bildirilir. Məlumata görə, türk səlahiyyətliləri PKK-nın Qəndil dağlarından Suriyaya uzanan lojistik xətti və 7 keçid nöqtəsi barədə məlumatları iraqlı həmsöhbətləri ilə paylaşıb. Aparılan danışıqların sonunda Sincar bölgəsindəki 7 düşərgə, həmçinin təşkilatın keçən il qurduğu, Qəndil və Suriya arasında əhəmiyyətl lojistik mərkəz olan Mahmur düşərgəsinin 6 kilometrliyində yerləşən düşərgəyə qarşı əməliyyata iyun ayında başladılması barədə razılıq əldə edilib. Beləliklə, İraq sərhədləri daxilindəki 8 düşərgə əsas hədəf olacaq.
PKK-nın Suriya-İraq sərhəd xəttində 12 düşərgəsinin olduğu Sincar dağı və ətraf ərazilərlə bağlı kəşfiyyat məlumatları hər gün analiz edilir.
Nəşrin yazdığına görə, Bağdad Sincar və Mahmur bölgəsindən çəkilməsi mövzusunda PKK-ya iki dəfə xəbərdarlıq edib və bu xəbərdarlıqlar may ayına qədər davam etdiriləcək. Gələn həftə Bağdaddan bir heyətin Sincara gedəcəyi və xəbərdarlığı təkrarlanacağı bildirilir.
Ömər Dağlı
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi






























.jpg)


