Dünya
Britaniyadan Rusiya kəşfiyyatına ağır zərbə - YENİLƏNDİ
Baş nazir Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib. Onun sözlərinə görə, 23 Rusiya diplomatının deportasiyası Böyük Britaniyada Rusiya kəşfiyyatının fəaliyyətinə uzun illər zərbə vuracaq.
“Bu, son 30 il ərzində ən böyük göndəriş olacaq. Bu fakt onu göstərir ki, sözügedən hadisə Rusiya dövlətinin ölkəmizə qarşı birinci hücumu deyil. Diplomatların deportasiyası nəticəsində Böyük Britaniyada Rusiya kəşfiyyatının işini əsaslı şəkildə pozacağıq. Və onlar işi bərpa etməyə çalışacaqlarsa, biz onlara bunu etməyə mane olacağıq”, - Mey deyib.
O bildirib ki, Britaniya Rusiya ilə münasibətləri tamamilə kəsməyəcək, ancaq dialoq adi tərzdə aparılmayacaq. Baş nazir qeyd edib ki, Rusiya ilə dialoqu tamamilə kəsmək Londonun milli maraqlarına daxil deyil.
Tereza Mey vurğulayıb ki, Britaniya Rusiya ilə ikitərəfli əlaqələri dayandırır.
“Bundan sonra münasibətləri əvvəlki səviyyədə saxlaya bilmərik. Buna görə də yüksək səviyyədə bütün ikitərəfli əlaqələri dayandırırıq”, - Mey deyib.
***
Böyük Britaniya Rusiyanın 23 diplomatını deportasiya edir.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Britaniyanın baş naziri Tereza Mey bildirib.
Qərar Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda naməlum maddəylə zəhərlənməsi ilə bağlıdır.
"Bu şəxslərin hamısı qeydə alınmayan casuslardır. Onların Britaniyanı tərk etməsi üçün bir həftə vaxtı var. Rusiyaya Skripalla bağlı baş verənləri izah etmək üçün imkan verdik, amma onlar bizə heç bir açıqlama vermədilər ki, Skripalın zəhərlənməsində istifadə edilən qazlar necə Britaniyada peyda olub” - o deyib.
Tereza Mey martın 12-də Böyük Britaniya parlamentinin İcmalar palatasında çıxışı zamanı bildirib ki, zəhərlənməsi işi üzrə Rusiyadan iki gün ərzində izahatları gözləyir.
İngilis KİV-inin yazdığına görə, Moskvaya qarşı bir sıra addımların atılması nəzərdən keçirilir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi






























.jpg)


