Dünya
TAK qruplaşmasının Ərdoğanın ailəsinə qarşı dəhşətli SUİ-QƏSD planının ÜSTÜ AÇILDI - “SƏNƏD 5”-İN SİRRİ
PKK-nın alt qrupu olan TAK qruplaşmasının (Kürdüstan Azadlıq Şahinləri) sui-qəsd dəstəsinin dəhşətli planı ortaya çıxıb.
Publika.az Türkiyənin “Sabah” nəşrinə istinadən xəbər verir ki, prokurorluq və Təhlükəsizlik Təşkilatının əldə etdiyi məlumata görə, TAK-ın Mehmet Emin Töre, Gülşən Bahadır ve Zozan Kutumun rəhbərlik etdiyi bir qrup prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafındakı adamlarına qarşı sui-qəsd planlaşdırmışdı.
Məlumata görə, ələ keçirilən sui-qəsd qrupunun hədəfindəki adlar prezident Ərdoğanın oğlanları Əhməd Burak Ərdoğan və Bilal Ərdoğan, enerji və təbii qaynaqlar naziri olan kürəkəni Berat Albayrak, digər kürəkəni Səlçuk Bayraktar və “Turkuvaz Media” İdarə Heyətinin başçısı Sərhat Albayrak olub.
2016-cı ildə “Vodafone Park”da 46 nəfərin şəhid edildiyi terror hücumunu planlaşdıran və qrupun liderlərindən olan Zozan Kutumdan ələ keçirilən sənəddə prezidentin yaxın ətrafına qarşı sui-qəsd planı əksini tapıb. Hüquq mühafizə orqanları sənədi “Sənəd 5” adı ilə qeyd edib.
Maraqlı məqam isə hədəfdəki adların latın deyil, kiril əlifbası ilə qələmə alınması idi. Təhlükəsizlik əməkdaşları kiril əlifbasındakı hərflərin yerinə latın əlifbasındakı qarşılıqlarını qoyaraq prezidentinin ətrafındakı adlara işarə edildiyini müəyyən edib.
Gülşən Bahadırın 2016-cı il iyunun 7-də İstanbulun Veznecilər rayonunda törədilən terror aktını planlaşdırdığı bildirilir. Terror hücumunda 12 nəfər şəhid olmuş, 44 nəfər yaralanmışdı.
İstintaq nəticəsində yuxarıda adı çəkilən terrorçuların liderliyindəki TAK qruplarında iştirak edən 52 terrorçunun tutulması üçün əməliyyat keçirilib. Nəticədə, terrorçuların hamısı həbs olunub. Saxlanılanların mənzillərində aparılan axtarışlar nəticəsində ammonium-nitrat və RDX+TNT+HMX+ alüminium tozu qarışığı olan partlayıcı maddələr, həmçinin silah-sursat ələ keçirilib.
Ömər Dağlı
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi






























.jpg)


