Maraq dünyası
Bakıda ŞOK ƏMƏLİYYAT - 1 yaşlı Yusifi QIZA ÇEVİRDİLƏR - - FOTO 13+
Elmi-Tədqiqat Pediatriya İnstitutunda unikal əməliyyat baş tutub.
Publika.az Medicina.az-a istinadən xəbər verir ki, 2 il əvvəl Məmmədovlar (şərti – red.) ailəsində doğulan uşağın oğlan və ya qız olduğunu doğum evində təyin edə bilməyiblər. Oğlana məxsus cinsiyyət orqanına oxşayan orqana sahib körpənin əvvəlcə kişi cinsinə məxsus olduğu düşünülüb. Lakin daxili orqanlarının qadına məxsus olduğu müəyyən edildikdən sonra uşaq uzun müddət hormonal müalicə alıb. Ailə körpəni oğlan uşağı kimi təqdim edib, hətta adını da Yusif qoyub.
Lakin 1 yaşına çatanda yenidən müayinə olunan Yusifin əməliyyatla qadın edilməsinə qərar verilib.
Beləliklə, Yusif Elmi-Tədqiqat Pediatriya institutunda əməliyyata alınıb. Uşaq cərrahı Gündüz Ağayevin keçirdiyi əməliyyat uğurla başa çatıb və körpə həqiqi cinsiyyət orqanına qovuşub.
Həkimin sözlərinə görə, doğulanda körpədə uşaqlıq yolu bağlı olub, hormonal pozğunluq nəticəsində klitor çox böyüdüyündən cinsi orqan kişi cinsiyyət üzvünə bənzəyib.
"Amma uşaq əməliyyatdan öncə endokrinoloqun da müalicəsini alıb. Çünki hormonal balans qaydaya salınmalıdır. Bu körpədə uşaqlıq, yumurtalıqlar, xarici cinsiyyət üzvü də qadına məxsus idi. Sadəcə, hormonal pozğunluq var idi. Xaricən də əməliyyat edib qüsuru düzəltdik, uşaqlıq yolu açıldı”, - deyə cərrah bildirib.
G. Ağayev vurğulayıb ki, belə patologiya ilə doğulmuş uşaqlarda
1 yaşına kimi əməliyyat vacibdir: "Çünki uşaq böyüdükcə, olduğu
vəziyyətə öyrəşir, oğlan kimi böyüdülürsə, onu birdən-birə qız
olduğuna alışdırmaq psixoloji baxımdan çətin olur. Əgər 13-17
yaşında belə əməliyyat olarsa, uşaq dözməyib özünə qəsd də edə
bilər”.
Əməliyyatdan sonra valideynlər "oğlanlarının” qız olmasına
heyfslənməyiblər, əksinə, seviniblər və uşağın adını dəyişib Mələk
ediblər.
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
-
MDB09:06Kiyevə kütləvi hücum başladı: Rusiya “İsgəndər”lə vurur
-
Dünya09:00Rusiya təhlükəsi: Bu ölkə qırıcılarını havaya qaldırdı
-
Səhiyyə08:24Azərbaycanda insanlara heyvan orqanları köçürüləcək? - AÇIQLAMA
-
İdman07:55“Qızıl top”un sahibi Benzema “Əl-Hilal” klubunda
-
Kriminal06:16Baltalanan yeniyetmələrin anası fəryad etdi: Ən ağır cəzanı istəyirəm!
-
Dünya03:43Kəbənin örtüyü Epşteynə göndərilibmiş
-
Qoroskop01:20Günün ulduz falı: Gizli düşmənlərə qarşı diqqətli olun





































