Nida Təhlil
Epşteynin arxasındakı qüvvə: qlobal elitanı kim(lər) və nə üçün şantaj edir?
Epşteyn işində qlobal elitanın əməlləri ilə bağlı ortaya çıxan faktlar dəhşətli olduğu qədər, “sənədlərin tirajlanmasında əsas hədəf nədir” sualı da maraqlıdır. Bir neçə məqam müəyyən təxminlərin formalaşmasına imkan yaradır.
- Epşteyn sənədlərinin yayılması ABŞ-ın daxili siyasi intriqalarının nəticəsidir?
İlk baxışdan belə görünür, çünki Trampın seçki kampaniyasında sənədlərin açılması vədinə əməl etməməsi ona qarşı həm “adadakı məclislərdə iştirak” ittihamlarını genişləndirmiş, həm də respublikaçılar arasında inamsızlıq yaratmışdı. Və “Epşteyn Şəffaflıq Aktı”nı imzalamasını Trampın ittihamlardan yayınmaq, diqqəti demokratların da üzərinə yönəltmək, eyni zamanda, respublikaçıların narazılığını aradan qaldırmaq gedişi kimi qiymətləndirilə bilər. Lakin sənədlərdə adı keçən Trampın bununla xilas olmaması, hətta bumeranq effekti yaratması fonunda onun şəffaflıq qərarının təkbaşına ittiham altında qalmamağa hesablandığını göstərir. Bu baxımdan, ABŞ elitasındakı qarşıdurma sənədlərin yayılmasının səbəbindən daha çox, prosesin məntiqi nəticəsi kimi görünür.
- Cefri Epşteynin arxasında hansı qüvvə ola bilərdi?
- Təşkil olunan əyləncə məclislərinin faktlaşdırılması Epşteynin biznes maraqları üçün topladığı “şantaj materialları” kimi görünür, lakin bir şəxsin milyarder olsa da, Amerika elitasına qarşı belə bir əməliyyatı təkbaşına edə bilməyəcəyi, arxasında müəyyən gücün olduğu aydındır. İzin hara apardığı müəmmalıdır, əsas versiyalardan biri kimi isə Mossadın adı hallanır. Onun Mossadla əlaqələrinə dair yayılan məlumatlar da bu kontekstdə diqqət çəkir.
1. Epşteynin sevgilisi və ortağı Qislaine Maksvell ingiltərəli iş adamı, yəhudi əsilli Robert Maksvellin qızıdır. 1991-ci ildə müəmmalı şəkildə ölən Robert Mossadın əsas adamlarından biri kimi tanınır. “Times of İsrail” nəşri onun Yerusəlimdə Zeytun budağı məzarlığında keçirilən dəfn mərasimində İsrailin o vaxtkı baş naziri və Mossad rəhbərliyinin iştirak etdiyini yazırdı. Epşteynin Robert Maksvellə münasibətləri vardı, onun qızı ilə yaxınlığı da buradan qaynaqlanır. Əsas məqamlardan biri R. Maksvellin Rusiya kəşfiyyatı ilə əlaqələridir. Məlumatlara görə, Epşteynin Rusiya kəşfiyyatı ilə təmasları da onun vasitəsilə qurulub.
2. Ortağı Stiven Hoffenberqin 2022-ci ildə ölümündən öncə “Epşteynin Mossadla əlaqələrini” ona etiraf etdiyini iddia edirdi;
3. Epşteynin qurbanlarından olan Maria Farmer də onun İsraillə əlaqələri haqda iddialar irəli sürüb;
4. Adı sənədlərdə hallanan amerikalı milyarder (yəhudi əsilli) Les Vexnerin Epşteynə kameralarla təchiz olunmuş 77 milyonluq malikanə hədiyyə etdiyi deyilir: Epşteynin biznes karyerasının başlanmasında da Vexnerin xüsusi rol oynadığı haqda məlumatlar var;
5. Epşteynin hesabına Mossad tərəfindən casusuluq əməliyyatı üçün vəsaitin köçürülməsi haqda araşdırmalar aparılıb;
Məlumatlar Epşteynin Mossad üçün qlobal şantaj işini həyata keçirdiyi fikrini ön plana çıxarır. Onun karyera yüksəlişi, siyasi və biznes elitası ilə sıx əlaqələr qura bilməsi, elektron yazışmaları və əyləncə məclislərini faktlaşdırması da bu kontekstdə diqqətçəkəndir.
Ehtimal olsa da, Epşteynin Mossad üçün işlədiyi fikri fonunda sənədlərin yayılmasının iki mümkün hədəfi ola bilər.
Birincisi, mövcud vəziyyətdə ABŞ-ın siyasətini dizayn etməkdir;
İstisna deyil ki, Vaşinqtonu İran məsələsində İsrailin planına uyğun addımlar atmasına yönəltmək məqsədi var. İranın gələcəyi ilə bağlı ABŞ və İsrail arasında müəyyən fikir ayrılığının olması fonunda bu ehtimal diqqət çəkir.
İkincisi, qlobal elitanın şantaj edilməsidir;
Sənədlərdə təkcə amerikalı yox, qlobal elitanın da adı hallanır. Və bir çox sənədin tam açıqlanmaması siyasi liderlərə “təlimatlara əməl edilməsi” mesajının çatdırılmasına hesablana bilər. Bu, qlobal siyasətin məqsədyönlü şəkildə idarə edilməsi – ABŞ və Avropanın siyasi-biznes elitasının nəzarətdən kənara çıxmaması planının tərkib hissəsi kimi görünür.
ABŞ siyasətində və qlobal müstəvidə hadisələrin inkişaf istiqamətində Epşteyn işinin hədəflərini daha aydın görə bilərik.
Asif Nərimanlı
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
-
MDB09:06Kiyevə kütləvi hücum başladı: Rusiya “İsgəndər”lə vurur
-
Dünya09:00Rusiya təhlükəsi: Bu ölkə qırıcılarını havaya qaldırdı
-
Səhiyyə08:24Azərbaycanda insanlara heyvan orqanları köçürüləcək? - AÇIQLAMA
-
İdman07:55“Qızıl top”un sahibi Benzema “Əl-Hilal” klubunda
-
Kriminal06:16Baltalanan yeniyetmələrin anası fəryad etdi: Ən ağır cəzanı istəyirəm!
-
Dünya03:43Kəbənin örtüyü Epşteynə göndərilibmiş
-
Qoroskop01:20Günün ulduz falı: Gizli düşmənlərə qarşı diqqətli olun









.jpg)






























